Loading...
Loading...
Gündəm

Universitetin sabiq şöbə müdiri 226 min manatlıq yeyintidə ittiham olunur

Dürdanə Əliyeva: “Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva 226 min manatlıq mənimsəmədə ittiham olunur. 

Onun haqqında cinayət işinin materiallarında yazılıb ki, Dürdanə Əliyeva təhsil haqqı ödənişiylə əlaqədar 123 nəfərin ona verdiyi bu qədər vəsaiti universitetə keçirməyib.

Dürdanə Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır. Avqustun 23-də məhkəmədə prokuror ittiham aktını elan edib. 

Sabiq şöbə müdiri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 32.312 (rüşvət verməyə təhrik etmə) maddələrilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu ittihamlara münasibət bildirən Dürdanə Əliyeva özünü təqsirli bilmədiyini deyib: “Bu ittihamlar üzrə özümü təqsirli bilmirəm. Özümü yalnız cinayəti bilib, xəbər verməməyə görə təqsirli bilirəm”.

Keçmiş şöbə müdiri əlavə edib ki, prokurorluqda şahid kimi dindirməyə çağrılanda bütün bildiklərini istintaqa açıqlayıb: “Təəssüf edirəm ki, mənim istintaqa kömək etməyimi, özümün müəyyən məsələlər barədə məlumat verməyimi nəzərə almadılar”.

Dürdanə Əliyeva indiki mərhələdə ifadə vermək istəməyib: “Şahidlər dindiriləndən sonra ifadə verəcəm”.

Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Dürdanə Əliyeva həbsdə deyil, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Bu cinayət işi 2021-ci ilin yanvarında BSU tələbələrinin Baş Prokurorluğun “Qaynar Xətt”inə şikayətləri əsasında başlanıb. 

Tələbələr ödədikləri təhsilhaqqının mənimsənildiyini iddia ediblər. 

Onların şikayətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb və nəticədə Dürdanə Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb.Meydan TV

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button