Loading...
Loading...
CəmiyyətXəbərlər

Universitetin tələbələri etiraz aksiyası keçirib – BOYKOT

Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər. Universitetin hər iki korpusunda oxuyan tələbələr boykot edərək həyətə toplaşıblar.

Bu barədə Meydan TV-yə universitetin tələbələri xəbər veriblər. Onların sözlərinə görə, aksiyaya səbəb dərsə tam hazırkən müəllimlərin tələbələrin qiymətini kəsməsidir.

“Bir sıra dəyişikliklər edərək tələbələrin imtahana giriş balını yığmasını demək olar ki, mümkünsüz ediblər. Davamiyyət balının və sərbəst işlərin ləğvi semestr imtahanından keçməyi imkansızlaşdırıb. Bunu  müəllimlərin haqsızlığı kimi qiymətləndiririk,”- deyə tələbələr bildiriblər. 

Meydan TV məsələyə Lənkəran Dövlət Universitetindən münasibət öyrənə bilməyib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə
Back to top button