2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Unun qiyməti düşdü, bəs çörək?

Dünən sosial şəbəkələrdə məlumat unun qiymətinin enməsi ilə bağlı xəbər yayılıb. Yayılan məlumatda qeyd olunub ki, unun qiymətini 41 manatdan 38 manata endirilib. Dünyanın taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb.

Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov qeyd edib ki, unun bir kisəsində qiymətlər 3 manat yox, cəmi 1 manat aşağı düşüb:

“Birliyimiz yayılan informasiyanı dəqiqləşdirmək üçün araşdırma aparıb. Məlum olub ki, qiymətdə cəmi 1 manat enmə var. Bu da çörəyin qiymətinin aşağı düşməsinə səbəb ola bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Ən yaxşı halda bu, çörəyin keyfiyyətinə təsir edə bilər. Çörəyin qiymətinin aşağı düşməsi üçün unun bir kisəsinin qiymətinin 10-15 faiz aşağı düşməsi gərəkdir. Təsadüfi deyil ki, çörəyin qiymətinin aşağı düşməsi faktı hələ qeydə alınmayıb”. (Bizim.Media)

The post Unun qiyməti düşdü, bəs çörək? appeared first on 24 saat.

“24 saat “Unun qiyməti düşdü, bəs çörək?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button