2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Uolt Disneydən 6 mühüm sahibkarlıq dərsi

Tamara Mustafayeva, Banco.az

Uolt Disneyin nə qədər çox uğursuzluğa düçar olduğunu öyrəndiyiniz zaman əldə etdiyi uğurlar sizə daha çox təsir edəcək.

Çox güman ki, çoxumuz “Disney” personajlarını tanısaq da, bu obrazların yaradıcısı olan Uolt Disney haqqında kifayət qədər məlumatımız yoxdur. Uolt Disney uğurlu sahibkar və dahi yaradıcı insan idi. Həyatı boyunca yaşadıqlarında sahibkarların çıxara biləcəkləri bir çox dərslər vardır.

Saytların yığılması Saytlarin yigilmasi

1. Heç vaxt ümidinizi itirməyin.

Bir çox sahibkar kimi Uolt Disney də bir gecədə uğur qazanmayıb. İlk qurduğu şirkətlər iflasa düçar olub. Daha sonra incəsənət studiyası qurmuş və borcları səbəbilə bu müəssisə də bağlanmalı olmuşdur. Reklam məqsədli təsvirlər çəkməyə başlayan Disney bir müddət sonra gəlirli sahə olmadığı üçün işi dayandırıb. Ruhdan düşmək əvəzinə isə həmişə yenidən başlamağa üstünlük vermişdir.

“Həyatım boyunca çətinlik çəkdiyim hadisələr, qarşıma çıxan maneələr, başıma gələn bəlalar məni daha da gücləndirdi. Eyni anda bir çox problemlə boğuşduğunuz zaman bunu başa düşməyə bilərsiniz, lakin həyatın silləsi bəlkə də başınıza gələn ən yaxşı şeydir.” 

2. Problemləri həll etməyə meyilli olun.

Uolt Disney problemləri həll etməyə olduqca meyilli imiş. Müşahidə qabiliyyəti yüksək idi və bir problemlə qarşılaşdığı zaman müxtəlif həll yolları fikirləşib tapır, vəziyyəti fürsətə çevirməyə çalışırdı.

Bir gün qızını at minmək üçün fermaya aparır və fermanın çirkli və baxımsız vəziyyəti ilə işçilərin kobud rəftarı onun diqqətini cəlb edir. Uolt Disney bu problemi həll etməyi düşünür və bu yeri “Disneyland”ə çevirir. Həmin vaxtdan sonra bu yer artıq ailələrin uşaqlarını ürək rahatlığı ilə aparacaqları etibarlı və təmiz bir yer olmuşdur.

Jason Killer bir dəfə belə demişdi:

“10 yaşında olarkən “Disneyland”ə getmişdik. Orada ən çox diqqətimi cəlb edən təfərrüatlara xüsusi əhəmiyyət verilməsi olmuşdu. Hara baxsam bir “Disney” personajı ilə qarşılaşırdım.”

3. Özünüzü yenidən kəşf etməyə istəkli olun.

Bir çox insan Uolt Disneyin ilk böyük cizgi film personajının “Mickey Mouse” olmadığını bilir. Yaratdığı ilk personaj “Şanslı dovşan Oswald” idi. Qısa seriyalar şəklində yaratdığı cizgi filmlər üçün bir firma ilə razılığa gəlmiş və böyük uğur əldə etmişdi, lakin müqaviləsini yeniləmək üçün firmaya getdiyi zaman onu işdən qovurlar. Firmanın səlahiyyətlisi “Oswald” personajının qanuni olaraq onlara aid olduğunu dediyi zaman Uolt Disney heç bir haqq iddia edə bilməmişdi. Ən pisi isə Uoltun yanında işləyən bütün animasiyaçılar istefa edərək başqa bir şirkətə keçirlər. Uolt ən böyük uğurunun belə böyük bir müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra doğulduğu yerə geri qayıtmışdı.

“Mickey Mouse personajı ilk dəfə Manhettendən Hollivuda doğru qatar səfəri edərkən meydana çıxdı. Qardaşım Roy ilə müflis olmuşduq və hər şeyi itirməyimizə çox az qalmışdı.”

4. Ətrafınıza bacarıqlı insanları toplayın.

Uolt Disney rəsm çəkmək və ya animasiya işlərində ən bacarıqlı insanın özü olmadığını etiraf edirdi.

“İlk cizgi filmimi 1920–ci ildə yaratmışam. Əlbəttə ki, o vaxtlar personajlar sonrakılara görə olduqca bəsit idi.”

Ən yaxşı bildiyi mövzudan kənara çıxmayacaq qədər ağıllı insan idi. Bu səbəbdən də dünyanın ən yaxşı rəssamları və animasiyaçılarını işə götürmüşdü. İlk vaxtlar “Mickey” personajının animasiyaçısı Uolt deyil Ub İwerks adlı bir şəxs idi. Uoltun rəsm bacarıqları çox güclü olmasa belə, düşüncə gücü olduqca geniş idi.

5. Maraq göstərin

Uolt hər şeylə maraqlanan bir insan idi və həmişə yeni şeylər öyrənməyi sevirdi. Bu səbəbdən də animasiya dünyasının ilk zamanlarında böyük uğurlara imza atmışdı. Uolt Disney ilk uzun metrajlı, səsli peşəkar cizgi filmi hazırlanması ilə məşhurdur. Bundan öncə Uoltun cizgi filmləri qısa, səssiz və qeyri-peşəkar idi.

Başlanğıcda bunu necə edəcəyinə dair heç bir fikri yox idi. Hər şeyə maraq göstərdiyi üçün bu işin də necə edilməli olduğunu araşdırdı və işlərin tamamlanması üçün hansı yolu izləməli olduğunu hesabladı.

6. Çeşidlər yaradın.

Uolt uğurlu animasiya studiyası qurduqdan sonra cizgi filmlər, sənədli filmlər, televiziya kanalı, əyləncə parkı və bazara çıxartdığı yüzlərlə məhsulla dahiliyini sübut etmişdir. Sadəcə cizgi film istehsalı ilə məşğul olsaydı, şirkəti bu qədər uğur qazana bilməzdi.

Uolt Disneyin bu sözü çox mənalıdır:

“Zaman keçdikcə şəraitlər və şərtlər o qədər sürətlə dəyişir ki, daima gələcəyə istiqamətlənməsək geridə qalarıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button