Bizim tərcümə

Uqandada Ebola ilə əlaqədar 2 bölgədə komendant saatı elan edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-16 14:43:15

Sentyabrın 20-də Uqandada elan edilən Ebola epidemiyası sürətlə yayılmağa davam edir. Uqanda prezidenti Yoweri Museveni tərəfindən edilən açıqlamada Mubende və Kassanda bölgələrində ibadət və əyləncə yerlərinin bağlandığı, komendant saatı elan edildiyi bildirilib. İki bölgəyə 21 gün müddətində giriş-çıxış qadağası qoyulduğunu ifadə edən Museveni, tədbirlərin ən qısa zamanda həyata keçiriləcəyini də ifadə edərək, “Bunlar Ebolanın yayılmasına nəzarət üçün müvəqqəti tədbirlərdir. Hamımızla əməkdaşlıq etməliyik. Səlahiyyətlilər epidemiyaya ən qısa zamanda son qoysunlar.” dedi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Uqandada Ebola epidemiyasında can itkisinin 39-a yüksəldiyini bildirərək, 54 təsdiqlənmiş və 20 ehtimal hadisəsi olduğunu bildirib. “Hazırda 660-dan çox insan aktiv nəzarət altındadır” dedi Ghebreyesus. “İndi əsas diqqətimiz Uqanda hökumətinə bu epidemiyanın qonşu bölgələrə və ölkələrə yayılmasının qarşısını almaq üçün tez bir zamanda dəstəkləməkdir.”

Saytların yığılması Saytlarin yigilmasi

Uqandada Ebola epidemiyası paytaxt Kampalada yayılıb və oktyabrın 7-də ölən bir nəfərdə Ebola virusu aşkar edilib, Eboladan ilk ölüm qeydə alınıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button