2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sağlam Həyat

Ürəyimizi infarktdan necə qoruyaq?

Ürəyimizi infarktdan necə qoruyaq?

“Günlük praktikamızda əlavə heç bir risk faktoru olmadığı halda siqaret çəkən insanlarda miokard infarktının daha erkən yaşlarda təzahür etdiyini görürük”.

Bunu e-tibb.az-a invaziv kardioloq Gülanə Ağayeva deyib. Həkim bildirib ki, miokard infarktı dünyada ölüm səbəbləri arasında ilk yerlərdən birini tutur. Hər gün saysız-hesabsız insan bu xəstəliklə qarşılaşır.

Onun sözlərinə görə, ürəyimizi infarktdan qorumaq üçün ilk növbədə infarktın səbəbləri  və simptomlarını bilmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Həkim vurğulayıb ki, miokard infarktının səbəbləri dəyişilə bilən və dəyişilə bilməyən faktorlar olmaqla iki qrupa ayrılır: “Dəyişilə bilməyən faktorlara genetik meyillik, yanaşı xəstəliklər və cins-daha çox kişilərdə rast gəlinir-aiddir. Genetik meyllik dedikdə buna həm də yüksək xolesterin səviyyələri olan insanlar daxil edilir. Bu insanlarda  zərərli xolesterin adlandırdığımız LDL Xolesterol yüksəkliyi birbaşa infarkta gətirən səbəbdir.Yanaşı xəstəlikərdən ən çox təsiri olan şəkərli diabet və hipertoniya xəstəliyidir. Bu xəstəliklər də nisbətən dəyişilə bilən sayılır, kontrolda saxlanılmaqla fəsadlardan qorunmaq olar.
Dəyişə bilən faktorlar həyat tərzi, artıq çəki, zərərli vərdişlər olmaqla sıralanır.

Oturaq həyat tərzi keçirən, hərəkətsiz və artıq çəkili insanlar ürək xəstəlikləri üçün risk altındadır. Araşdırmalar göstərir ki, həyat tərzi dəyişiklikləri, çəki azaldılması ürək xəstəliklərini ciddi şəkildə azaldır. Bundan əlavə, miokard infarktının ən böyük səbəblərindən biri də siqaretdir.

Günlük praktikamızda yanaşı heç bir risk faktoru olmadığı halda siqaret çəkən insanlarda miokard infarktının daha erkən yaşlarda təzahür etdiyini görürük.
Bütün bunları nəzərə alaraq kiçik günlük həyat tərzi dəyişiklikləri, daha çox fiziki aktiv olmaq, qidalanma rejiminə xüsusi diqqət etmək, artıq çəkidən qurtulmaq və zərərli vərdişlərdən uzaqlaşmaqn məsləhətdir”.

Kardioloq bildirib ki, daim yüksək xolesterin və şəkər dəyərləri, kontrola alına bilməyən arterial təzyiqi, fiziki aktivlik zamanı hər hansı bir narahatlığı (sinə ağrıları, göynəmə) olan şəxslər miokard infarktı üçün çox böyük təhlükə altında olduğundan vaxt itirmədən həkimə müraciət etməlidir: “Unutmayın ki, vaxtında qoyulan diaqnoz həyat qurtarır”.

 

 



24 saat” “Ürəyimizi infarktdan necə qoruyaq?” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button