2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ursula von der Leyen: ‘Rusiyanın davranışı pisə doğru dəyişir’


Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bəyan edib ki, Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra ŞimalAxını 2 qaz kəmərinə yalnız iqtisadi layihə kimi baxıla bilməz.

Xanım von der Leyenin sözlərinə görə Rusiyanın davranışı “nəinki yaxşılaşmayıb, hətta pisləşməyə doğru gedir”.

Avropa Komissiyasının başçısı deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bizim bu kəmərlə birlikdə münasibətlərimizin irəliləyəcəyinə dair ümidlərimiz getdikcə azalır. Rusiya bu infrastruktura görə öz davranışını dəyişmək niyyətində deyil”.

Hələ sentyabrın əvvəllərində Almaniya kansleri Angela Merkel demişdi ki, Amerikanın sanksiya hədələrinə baxmayaraq ŞimalAxını 2 kəməri tikilib başa çatdırılacaq.

Lakin Navalnının zəhərlənməsindən sonra Almaniya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Berlinin mövqeyi Rusiyanın növbəti davranışlarından asılı olacaq. Merkel bu mövqeyi bölüşdüyünü bildirmişdi.

 

Almaniyada fikir ayrılığı

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Almaniyanın şərq torpaqlarının hökumətləri ŞimalAxını 2 kəmərinin tikintisini dəstəkləyirlər.

Onlar hesab edirlər ki, kəmər tikintisinin dayandırılması Navalnı ilə bağlı insidentə adekvat cavab ola bilməz.

Senrtyabrın 17-də Avropa Parlamenti ŞimalAxını 2 kəmərinin çəkilişinin dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Qətnamədə habelə Aleksey Navalnının zəhərlənməsi ilə bağlı beynəlxalq komissiyanın təşkilinə çağırış edilir.

Kreml buna cavab olaraq məsələnin “siyasiləşdirilməməsinə” çağırıb.

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib ki, Moskva Navalnı ilə bağlı Avropa İttifaqı ilə münasibətlərinin pozulmasını minimuma endirmək yollarını öyrənəcək.

ŞimalAxını 2 kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.

Hazırda bu kəmərin çəkilişi ABŞ sanksiyalarına görə dayandırılıb.

Buna baxmayaraq Berlin və Moskva kəmər çəkilişini başa çatdırmaq əzmində olduqlarını bildiriblər.

Rusiya Aleksey Navalnının zəhərlənməsini inkar edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button