2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

USAID Azərbaycanın Aqrar Sektorunda Qadınların Rolunu Qeyd Edir

Bakı/15.10.21 Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması səylərinin bir hissəsi olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) oktyabrın 15-də Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) ilə birgə “Aqrar Sahədə Qadınların İqtisadi Gücünün Artırılması” adlı regional konfrans keçirib. Konfrans Beynəlxalq Kənd Qadınları Gününə həsr olunub. Konfransda qadınların aqrar sektorda, xüsusən də kənd yerlərində mühüm rolu xüsusi olaraq vurğulanıb, dövlət və özəl sektorların bu istiqamətdə qadınlara göstərəcəyi dəstək metodları nəzərdən keçirilib.   

Konfransın 50-dən artıq iştirakçısı kənd yerlərində fəaliyyət göstərən qadın təşkilatları və qeyri-rəsmi qrupları arasında aparılmış vacib informasiya mübadiləsində iştirak edib və kənd qadınlarının sektordakı iqtisadi dayanıqlığının artırılması məqsədilə dövlət və özəl sektorları arasındakı mümkün əməkdaşlıq yollarını müzakirə ediblər.  

“Qadın sahibkarlar Azərbaycan iqtisadiyyatında, xüsusən də aqrar sektorda getdikcə mühüm faktora çevrilirlər. Qadınlar iqtisadi gücün və imkanların artırıldığı təqdirdə öz ailələrinə və icmalarına təkrar investisiya yatıraraq iqtisadi artıma hərtərəfli təsir göstərir, qlobal sülhə və sabitliyə töhfə verirlər”, – deyə USAID-in Azərbaycan üzrə Missiyasının direktoru Caydev Sinqx bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu gün biz aqrar sektorda, ərzaq təhlükəsizliyində və COVID-19 pandemiyasına qarşı mübarizədə mühüm rol oynayan qadınların və qızların əməyini qeyd edirik. Biz xüsusən də kənd yerlərində qadın və qızlar üçün iqtisadi imkanlarının artırılması məqsədilə birgə işləyərək lazımi dəyişiklikləri etməliyik”, – deyə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.  

“Assosiasiya olaraq bizim məqsədimiz regionların iqtisadiyyatına daha çox töhfə verə bilməsi üçün kənd qadınlarının bacarıqlarının artırılması və bu sahədə onlara yeni imkanların yaradılmasına nail olmaqdır. Bu gün bu məqsədlə dövlət qurumları və beynəlxalq təşkilatların bir araya gələrək kənd qadınlarının fəaliyyətinə dəyər verməsi bizi çox sevindirir”, – deyə AKQA-nın sədri Gülbəniz Qənbərova bildirib.

Azərbaycan hökumətinin, qeyri-kommersiya təşkilatlarının və yerli kənd təsərrüfatı qruplarının tanınmış nümayəndələri müzakirələrdə iştirak edərək aqrar sektorda və kənd yerlərində qadınlar və digər sahibkarlar üçün əlverişli mühitin yaradılması ilə bağlı müvafiq tövsiyələr verib. Konfransda Azərbaycan qadın assosiasiyalarının, USAID-in, FAO-nun, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, AKİA və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak ediblər.       

USAID təşkilatı Özəl Sektorun İnkişafı layihəsinin (PSA) Assosiasiyalarda Qadınlar Komponenti vasitəsilə konfransın keçirilməsinə dəstək göstərib. PSA layihəsi çərçivəsində qadınların rəhbərlik etdiyi, qadınyönümlü (o cümlədən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən) müəssisələrin və peşəkar assosiasiyaların potensialı gücləndirilir. PSA layihəsi həmçinin qadınların biznesdəki və iş yerindəki rolunu təşviq edir və Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verən qadın sahibkarlığını dəstəkləyir. Bu barədə USİAD xəbər verir. –0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button