2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

USAID rəsmisi Azərbaycana gəlib

O, ABŞ-la Azərbaycan arasında ikitərəfli əməkdaşlığı hökumət nümayəndələri ilə müzakirə edib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən xanım Marqo Ellis dörd günlük səfərlə Azərbaycana gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün xarici işlər nazirinin müavini Xələf Xələfovla, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədiri Azay Quliyevlə və hökumət nümayəndələri ilə görüşüb.

Xanım Ellis Azərbaycanda göstərilən xarici yardım haqqında ətraflı öyrənmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o sıradan Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. O, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşüb.

“USAID-in məqsədi Azərbaycanla möhkəm və müsbət münasibətlər qurmaq, ölkələrini stabil, firavan və demokratik görmək istəyən Azərbaycan vətəndaşlarına yardım etməkdir” deyə xanım Ellis bildirib.

Sabah – mayın 19-da xanım Ellis Goranboy, Şəmkir və Samuxa səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək. Həmçinin, o, Gəncə şəhərində Azərbaycanın regionlarında qadınların imkanlarının artırılması mövzusunu müzakirə etmək üçün yerli qadınlarla görüşəcək.

Marqo Ellis beynəlxalq inkişaf və humanitar yardım sahəsində 25 illik təcrübəsi var. O, Avropa və Avrasiya Bürosuna 2016-cı ilin avqust ayında qatılıb. Bundan əvvəl 2008-2010-cu illərdə xanım Ellis USAID Administratorunun Asiya Bürosu üzrə müavini vəzifəsini icra edib və üç il Uqandada Missiya Direktoru işləyib. 1999-2005-ci illər arasında xanım Ellis Qərb Sahilində və Qəzzada USAID-in missiyasında aparıcı vəzifələrdə çalışıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button