2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Uşaq bağçasında bayraq biabırçılığı – VİDEO

Valideyn dövlət müəssisəində əsassız pul tələb edildiyini də iddia edir

VİDEO

Bura Bakı şəhəri Nəsimi rayonunda yerləşən 174 saylı körpələr evi və uşaq bağçasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytına valideynlərdən birinin göndərdiyi görüntüdən də məlum olduğu kimi, bağçanın girişində asılmış Azərbaycan Bayrağı – dövlət atritubutumuz köhnəlib, cırılıb, bir sözlə, biabırçı vəziyyətdədir.

Valideynin yazdığına görə bağçada tək problem dövlət atributuna hörmətsiz vəziyyətdə olan bayraq deyil.

“Uşağım həmin bağçada olduğu üçün adımın çəkilməsini istəmirəm. Ancaq burada hər iş rüşvətlə həll edilir. Övladımı bağçaya qoymaq üçün direktor 500 manat pul istədi. Səbəb kimi isə göstərdi ki, əks halda “bağçada yer yoxdur”. Çox danışıqdan sonra 300 manata razılaşdı. Bundan sonra əlavə etdi ki, hər ay 60 manat da pul ödəmlisiniz. Dövlət bağçası olduğu halda ödənişin”hansı əsasla tələb edildiyinə etiraz etsəm də, dedi ki, imknanız yoxdursa, qoymayın. Hələ əlavə etdi ki, əgər aylığı ödəməyə imkanınız olmayacaqsa, indidən yeri “”zanit” etməyim, onsuz da aylıq ödənməsə uşaq bağçadan çıxarılacaq”.

Valideyn onu də əlavəe dir ki, bu qədər ödənişin qarşılığında bağçada uşaqlara verilən yemək də keyfiyyətli deyil. Normativdə nəzərdə tutulmuş qida rasionuna uyğun yeməklər, xüsusilə də ət, balıq məhsulları verilmir.

Məsələ ilə bağlı bağçanın direktoru Mədinə İsgəndərova ilə əlaqə saxladıq. O, bayrağın dəyişdirilməməsi ilə bğlı sualımıza videonu kimin çəkməsi ilə bağlı israrlı suallarla “cavab verdi”. Mədinə İsgəndəriva daha sonra əlavə etdi ki, bağçanın həyətindəki bayraq iki aydır çıxarılıb. Görüntülərin bu gün çəkildiyini xatırlatdıqda isə, direktor telefonu qapatmaqla kifaytləndi.

Bu səbəbdən, valideynin rüşvət iddialarına direktorun mövqeyini öyrənmək mümkün olmadı.

Rahim Bakılı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button