2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Uşaq evində böyüdü, autizmli övladı var, xərçəngdən müalicəyə imkanı yoxdu…

“Uşağın autizmli olduğunu bilən kimi həyat yoldaşı da onu tərk etdi”

37 yaşlı Jalə Əmiraslanova qida borusu xərçəngindən əziyyət çəkir. O, autizmli övladı ilə birgə bacısının himayəsində yaşayır. Övladının 6 yaşı var.

Saytların yığılması Saytlarin yigilmasi

Jalənin bacısı Elvina Əmiraslanova Meydan TV-yə müraciət edərək bildirib ki, onlar uşaq evində böyüyüblər. Jalə xəstəliyə tutulandan sonra iş qabiliyyətini itirib, onun özü də iki xəstəyə baxmaq üçün işdən çıxmalı olub.

“Şəkidəki uşaq evində böyüdük, sonra Maştağadakı uşaq evinə köçürüldük. Oradan da Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki müəssisəyə göndərdilər. Mənə dövlət tərəfindən ev verildi. Jalə ailə qurdu, lakin nikah bağlamadılar. Uşağın autizmli olduğunu bilən kimi həyat yoldaşı da onu tərk etdi”,-E.Əmiraslanova deyib.
Onun sözlərinə görə, bacısı övladı ilə birgə ona verilmiş evdə qalır:

“Jalə arıqladı, əvvəlcə elə bildik ki, boğazında tikə qalıb, onun üçün yeyib-içə bilmir. Xəstəxanada imkansız olduğumuzu bilib pulsuz müayinə etdilər. Ancaq dərman və kimyaterapeya üçün pul verməliyik. Bir kimyaterapeya 350 manatdır, çarəsiz qalmışıq”.

E.Əmiraslanova deyir ki, savadsız olduqlarından kimə və ya hara müraciət edəcəklərini bilmir:

“Heç yolpulunu tapa bilmirik. Qonşuların verdiyi yeməklə, ərzaqla qidalanırıq. Onları köməksiz qoyub işləyə bilmirəm. Pensya üçün müraciət etdi, o qədər sənəd istədilər ki, tapıb-düzəldə bilmirik. Sizə də əvəzimdən qonşulardan biri yazıb”.

Milli Onkologiya Mərkəzndən kimyaterapeyanın qiyməti ilə bağlı sualları cavablandırmaq istəməyiblər. Yalnız onu bildiriblər ki, müalyinə və müalicə üçün məlumat almaqdan ötrü mərkəzə gəlmək lazımdır.

Milli Məclisin bu yaxınlarda baş tutan iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib. Komitə sədri bildirib ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir.

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na əsasən onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı daxildir. “Onkoloji yardım haqqında” Qanuna əsasən hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Ancaq bacısı Jalə Əmraslanovanın bu xidmətdən yararlana bilmədiyini bildirir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button