2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Uşaq evindən şikayət edən yeniyetmə ilə bağlı yeni xəbər – Geri qəbul etmirlər

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirildi. Bundan sonra ictimaiyyətin kəskin etirazı ilə məsələ daha da böyüdü. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi ilə bağlıdır. 

Məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxlayıb.

A.Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışdıqlarını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür?  Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kimsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.

A.Rəsulov bildirib ki, hazırda yeniyetməyə sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır: “Biz yeniyetməni uşaq evinə geri göndərdik, çünki müalicəyə ehtiyacı yoxdur. 5-6 gün müalicə etdik, gördük ki, normal uşaqdır, göndərdik ki, getsin orada həyatını yaşasın. Uşaq evi qəbul etmədiyi üçün yenə qaytarıb gətirdik. Onda müəyyən psixoloji pozuntular  var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün… Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə təzyiq edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir”.

24 saat” “Uşaq evindən şikayət edən yeniyetmə ilə bağlı yeni xəbər – Geri qəbul etmirlər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button