SEÇMƏ

Uşaq ölümünə görə həkim barəsində cinayət işi başlandı

Yayımlandı: 24 Oktyabr 2022 15:20

İttiham təsdiqini taparsa mama-ginekoloq həbs oluna bilər

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin mama-ginekoloqu Sevinc Alışova haqqında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Ginekoloq-həkim Şivan şəhər sahini Aytac Miriyevanın yeni doğulan körpəsinin ölümündə təqsirləndirilir. Bu hadisə avqustun 26-da baş verib. İndiyədək prokurorluqda həkimlə bağlı şikayət araşdırılırdı.

“Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışovanın müayinələri əsasında diaqnoz düzgün təyin edilməyib. Doğuş prosesinin başa çatdırılma üsulu ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməyib. Şəkərli diabetlə əlaqədar tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yeni doğulmuş uşaq ölüb”, – prokurorluqdan bildirilib.

Sevinc Alışova ilə bağlı prokurorluqda istintaq davam edir. Onun ittiham olunduğu maddədə 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud da 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Sevinc Alışova özünü təqsirli bilmir, diaqnozu səhv qoyması və s. ittihamlarla razılaşmır.

Meydan TV

Gözdən qaçırmayın:  Xidmətdən qayıdan əsgərin intihar etdiyi bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button