2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Bayram şənliyi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra B.Muradova çıxış edərək deyib ki, Azərbaycanın əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər hər birimizin sevimlisi, uşaqlarımızın isə babasıdır. Bizim çox gözəl insanlarımız və tanınmış şəxslərimiz, təbiətimiz var. Bu gün Azərbaycan dövlətinin regionda və dünyada daha da nüfuzu artır”.

O söyləyib ki, bu gün Azərbaycan xalqı və dövləti olaraq zəfər ruhunda yaşayırıq: “Bu gün ölkəmizdə uşaqların hüquqları ilə bağlı müxtəlif tədbirlər keçirilir. Əminəm ki, yaxın vaxtlarda azad edilən ərazilərdən olan uşaqlarımız öz evlərinə qayıdacaqlar. Azərbaycan dövləti uşaq hüquqlarını qoruyan, inkişaf etdirən bir dövlətdir”.

Digər çıxışçılar da Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlər ətrafında fikirlərini bildiriblər.

Qeyd edək ki, şənlikdə sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və qazi övladları, milli azlıqların nümayəndələri, uşaq evi sakinləri, sığınacaqlarda müvəqqəti yaşayan uşaqlar, o cümlədən Bakının 12 rayonu və Zəngilanın Ağalı kəndini təmsil edən uşaqlar, habelə Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər” Məclisi üzvləri daxil olmaqla ümumilikdə 400 uşaq iştirak edir.

Tədbirdə “Lider olmaq istəyirəm”, “Valideynlər və biz”, “STEAM laboratoriyası”, “Şahmat saatı”, “Art studio” və “Eko məkan” adlı 6 guşədə müxtəlif sahələr üzrə master-klasslar, interaktiv oyunlar və təlimlər keçirilib. Eyni zamanda, “Dövlət uşaq siyasəti” adlı video-çarx nümayiş etdiriləcək və uşaqların ifasında musiqilər səsləndirilib.

Tədbir çərçivəsində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili, interaktiv oyunların keçirilməsi istiqamətində “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button