Loading...
Loading...
SEÇMƏ

“Uşaqlar su çuxurlarına düşür, əl-ayaları sınır”

Xaçmazın Çaykənarı, Lənkəranın Viravul kəndlərinin yol problemi

“9 kilometrlik yolun əlində qalmışıq. Qonşu kəndlər olan Qımılqışlağın, Uzunobanın yolları dəfələrlə təmir olunub, bizə çatanda deyirlər, pul yoxdur”.

Bunu Meydan TV-yə Xaçmazın Çaykənarı (keçmiş Alekseyevka) kəndinin sakinləri deyir. Onların sözlərinə görə, 30 ildən çoxdur ki, yolların təmiri üçün aidiyyəti üzrə qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Kənd sakini Zahirə Abbasova:

“Kəndin 2 mindən çox əhalisi var. 2 min nəfər hazırda yolsuzluqdan əziyyət çəkir. 9 kilometrlik yolu təmir etmək hökumət üçün çətin iş deyil, ancaq o yolu gedib-gəlmək bizim üçün məşəqqətdir. Şimal rayonudur, tez-tez yağış yağır, uşaqlar məktəbə gedib-gələndə su ilə dolu çuxurlara düşür, əl-ayaqları qırılır”.

Yağışda əziyyət artır

Deyir, kəndin yolları sakinləri qonaq yanında da üzü qara edir:

“Kənardan adam gəlmək istəmir bu kəndə… Qonaq gəlir, maşını yollarda çala-çuxura düşüb qırılır, gələn qonağın yanında pərt vəziyyətdə qalırsan… Əvvəllər ictimai nəqliyyat işləyirdi, indi o da yoxdur. Təcili yardım əsas yola kimi gəlir, ordan zəng vurub deyir, gəlin məni götürün. Təcili yardım maşınını kəndin içərisinə sürmürlər”.

Yağışlı günlərdə əziyyət birə beş artır. Belə havalarda sakinlər su ilə dolu çuxurlara düşməmək üçün kilometrlərlə yolu uzatmalı olurlar, Qubadan dolanıb keçməklə Çaykənarıya – evlərinə gəlib çatırlar.

Elsevər Qurbanov:

“Kəndin yolları sonuncu dəfə 40 il əvvəl təmir olunub. Sonralar vaxtaşırı özümüz çınqıl, daş alıb tökməklə, necə deyərlər, yolları “yola vermişik”. Ancaq belə olmur, bu yollar əsaslı təmir olunmalıdır. Cəmi 9 kilometrdir. Qonşu kəndlərin yollarına üst-üstə asfalt döşəməyə pul tapılır, bizim kəndə çatanda deyirlər, pul yoxdur. Çünki o kəndlərdə bir az imkanlı, əli hər yerə çatan adamlar var, bizdə o adamlardan yoxdur”.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Çaykənarı kəndinin sakinləri quruma da müraciət ediblər. Onların müraciətləri Avtomobil Yolları Dövlət Agentliyinə çatdırılıb. Agentlikdən alınan cavabda göstərilib ki, həmin kəndin yolları təmirini gözləyən yollar siyahısındadır:

“Maliyyə ayrılan kimi yolların təmirinə başlanılacaq. Sakinlərə bir az səbr etmək lazımdır”.

Lənkəranın Viravul kəndində də eyni vəziyyətdir

Yollarla bağlı daha bir şikayətsə Lənkəranın Viravul kəndindəndir. Sakinlərin deməsinə görə, 30 ilə yaxındır ki, yollar keçilməz olub. Kənd sakinləri Meydan TV-yə yazır:

“Yolun asfalt örtüyü dağılıb, yağışlı havalarda yaranan su gölməçələri insanların və avtomobillərin hərəkətə mane olur”.

Yazırlar ki, kəndin mərkəzi və ara küçələrində yayda toz, qışda isə su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə vəziyyət daha da çətinləşir.

Gözdən qaçırmayın:  NATO Ukraynaya ağır silahlar verəcəyini deyir

Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub. Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır.

Kənd bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, yolların vəziyyətiylə bağlı aidiyyəti qurumlara müraciət olunub. Ancaq maliyyə ayrılmadığı üçün hələlik bu problemin həlli mümkünsüz qalıb. Daha doğrusu, Avtomobil Yolları Dövlət Agentliyi söz verib ki, maliyyə vəsaiti ayrılan kimi yollar təmir olunacaq.

Kənd bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, yolların vəziyyətiylə bağlı aidiyyəti qurumlara müraciət olunub. Ancaq maliyyə ayrılmadığı üçün hələlik bu problemin həlli mümkünsüz qalıb. Daha doğrusu, Avtomobil Yolları Dövlət Agentliyi söz verib ki, maliyyə vəsaiti ayrılan kimi yollar təmir olunacaq.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button