Uşaqlara zərər vuran reklamlar qadağan edilir - 24 saat xəbərlər
Now Reading:
Uşaqlara zərər vuran reklamlar qadağan edilir
Full Article 50 second read

Uşaqlara zərər vuran reklamlar qadağan edilir

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında qanuna” yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, bu, yeni 11-1 (Reklamda uşaqların müdafiəsi) maddəsidir.

Maddəyə görə, ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.

Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.