2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Uşaqlara zərərli reklamlar məhdudlaşdırılacaq

Prezident Administrasiyası parlamentə “Uşaq hüquqları haqqında” qanuna düzəlişlər layihəsi təqdim edib. Düzəlişlər uşaqların zərərli reklamdan qorunmasına yönəlib.

Bu gün, aprelin 21-i parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında həmin düzəlişlərə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Parlament komitəsinin rəhbəri Aqiyə Naxçıvanlının deməsinə görə, düzəlişlər uşaqların sağlamlığının qorunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Əsasən düzəlişlər uşaq verilişlərinin reklama ayrılmasını qadağan edir.

Həmçinin dərsliklərdə, təhsil materiallarında, məktəb gündəliklərində, dəftər, albom və uşaq kitablarında reklamdan istifadəyə qadağa nəzərdə tutulub.

Habelə, məktəbəqədər və ümumtəhsil müəssisələrində uşaqların tərbiyəsinə, sağlamlığına zərər vura biləcək reklamların yerləşdirilməsinə yol verilmir.

Qanun layihəsi parlament iclasına tövsiyə olunub.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button