2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Uşaqların bu cür fotolarını sosial şəbəkədə PAYLAŞMAYIN

Uşaqlarımızın dəlisov, sevimli və qeyri-adi anlarını sosial şəbəkələrdə paylaşmaq istəyirik. Valideynlər uşaqlarının böyük-kiçikliyindən asılı olmayaraq bütün uğurlarını virtual dünyaya yaymaq üçün həvəslənir. Lakin unutmayın ki, internet geniş və potensial təhlükələri olan bir məkandır. Ailələrimizi qorumaq isə bizim borcumuzdur. Bütün o təhlükəsizlik sistemləri etibarlı olsaydı, sözsüz ki, nədənsə qorxmağa lüzum qalmazdı. Lakin yenə də hər bir təhlükəsizlik şəbəkəsində mütləq nəzərə alınası xəbərdarlıqlar var. Bu baxımdan valideynlər övladlarının fotolarını “facebook”, “instagram”, “twitter” kimi sosial şəbəkələrdə paylaşdıqda diqqətli olmalıdırlar.

24saat.org lent.az-a istinadən bu məqamlara diqqət etməyi məsləhət görür.

1. Başqalarının uşaqları

Saytların yığılması Saytlarin yigilmasi

Uşağın simasının sosial şəbəkədə görünməsi mövzusunda bütün valideynlərin fikirləri birmənalı deyil. Buna görə də ad günü, bayram şənlikləri və başqa tədbirlərdə uşaqların kütləvi şəkillərini paylaşmazdan əvvəl hörmət əlaməti olaraq digər ailələrin fikirlərilə maraqlanın.

2. Məktəbin ünvanı

Uşaqlarımızın getdiyi məktəb və ya bağçanın etibarlı bölgədə olması vacibdir. Valideynlər ilk növbədə bunu düşünməlidirlər. Çünki heç kim təhlükədən sığortalanmayıb. Uşaqların bağça, sinif və məktəbdə çəkilən fotolarını paylaşmaq istədikdə, ünvanı müəyyən edən xüsusiyyətləri gizli saxlamağa çalışın. Burada söhbət bütün uşaqların taleyindən gedir.

3. Çılpaq fotolar

Bu kateqoriyadan olan fotolardan uzaq dayanmağın bir çox səbəbi var. Körpənin duş qəbul edərkən, çimərkən çəkilən şəkillərini paylaşmaq sizin məntiqiniz çərçivəsində “çox şirin”dir. Lakin heç bir şey bu fotoların yanlış insanların əlinə keçməsi riskini aradan qaldırmır. Bir foto cinsi xarakterlidirsə, səhv anlaşıla bilmək potensialı varsa, onu  paylaşmaqdan imtina edin. Unutmayın ki, bu gün uşaq olanlar sabahın yeniyetməsi, yetkin, gənc insanıdır. Onun haqq və hüquqlarını körpəlikdən qoruyun.

4. Adlarının tam göründüyü fotolar

Böyük şəhərlərdə yaşayanlar uşaqlarının fərdi məlumatlarını ehtiva edən kürək çantaları və ya pencəklərdən uzaq durur. Bu, artıq bir qaydadır. Eləcə də, şəkil paylaşan valideynlər də uşaqlarının adlarının tam göründüyü paylaşımlardan çəkinməlidirlər. Məktəbdə şəxsi məlumatların olduğu yaxa kartı, məktəb formasının yaxasında yazılan şəxsi məlumatların şəkillərdə görünməməsinə çalışın.

5. Uşağın insanların görməsini istəmədiyi hər hansı məqam

Uşağınızın hansı fotosunu paylaşıb-paylaşmamaq mövzusunda qərarsız qaldıqda bir məqamı düşünün: övladınız insanların bu şəkli indi və ya gələcəkdə görməsini istəyərmi? Əgər bu sualın cavabı “xeyr”dirsə, paylaşmayın. Bu qədər sadə. Foto utancvericidirsə, uşağınıza hörmət edin və onu sadəcə evdəki şəkil albomunda saxlayın.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button