2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

usiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına kömək etməyə hazırdır – Zaxarova

Moskva / 09.02.21 / Turan: Moskva Ankara ilə İrəvan arasındakı münasibətlərin yaxşılaşmasına kömək etməyə hazırdır və ölkələr arasında müsbət siqnallar görür. TASS xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“İrəvan və Ankara arasında son zamanlarda müsbət siqnal görürürük. Hazırda hər iki qonşu dövlətin qarşılıqlı hörmət əsasında və bir-birinin maraqlarını nəzərə alaraq yaxınlaşmasını təşviq etməyə hazırıq” Zaxarova dedi.

Ölkələr arasında əlaqələrin qurulması, xüsusən ” üç ölkə liderlərinin 9 Noyabr 2020 və 11 Yanvar 2021 tarixlərində imzaladığı bəyanatların həyata keçirilməsi kontekstində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması” fonunda bölgədə sülhün, sabitliyin və firavanlığın bərqərar olmasına kömək edəcək, “dedi Zaxarova. 

Onun sözlərinə görə, Rusiya hər zaman Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olub və bu prosesdə fəal iştirak edib. “Yeri gəlmişkən, biz əvvəllər müvafiq vasitəçilik səylərində birbaşa iştirak edirdik. Buna görə də 2009-cu ildə  Sürix Protokollarının imzalanmasını dəstəklədik, ” deyə qeyd etdi.-0-

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button