2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ÜST: COVID-in gücləndirici dozalarına ehtiyac haqqında məlumat əsassızdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü COVID-19 peyvəndinin gücləndirici dozasına ehtiyacın olduğunu əsaslandırmaq üçün əldə edilən məlumatların qeyri-müəyyən olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı rəsmiləri bu ayın əvvəlində dünyanın zəngin və yoxsul dövlətləri arasında peyvənd bərabərsizliyini aradan qaldırmaq üçün daha çox işlər görülənə qədər COVID-19-un gücləndirici dozalarının tətbiqinə moratorium qoyulmasını istəyib.

Agentliyin Cenevrədəki qərargahında müntəzəm olaraq keçirilən xəbər brifinqində təşkilatın rəsmilərinə moratoriumla bağlı suallar verilib. Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan təşkilatın siyasətinin mövcud elmə və COVID-19 peyvəndin gücləndirici dozalarına ehtiyacla bağlı araşdırmaların nəticələrini müəyyən edən tədqiqatçıların və tənzimləyici mütəxəssislərin son görüşündən əldə etdiyi nəticəyə əsaslandığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

ÜST-ün Baş direktoru Tedros Adhanom Ghebreyesus bu fikirlə razılaşıb və digər dövlətlərin əhalələrinə bir dənə də olsun peyvənd etmədiyi halda zəngin dövlətlərin gücləndirici dozalara keçməsinin mənəvi problem olduğunu da deyib.

Tedros bunu ətrafındakılar boğularkən canqurtaran gödəkçədə olan bir adama başqa bir canqurtaran gödəkçə verməklə müqayisə edib. O, gücləndirici dozaların dünyanın pandemiyadan qurtarmasına çox az kömək edəcəyini bildirib.

ÜST rəsmiləri dünyanın bütün ölkələrinin əhalisinin heç olmazsa 10%-nin azı bir dozada peyvənd almasının COVID-19 variantlarının inkişafı və yayılmasının qarşısını alacağınl deyib.

ABŞ-ın gücləndirici doza proqramı çox ehtimal ki, sentyabr ayında başlayacaq və ilk növbədə bu, COVID-19 peyvəndinin vurulması vacib olan insanlara tətbiq ediləcək. Bu qrupa tibb işçiləri, qocalar evlərinin sakinləri və digər yaşlı insanlar daxildir.

ABŞ-da COVID-19 peyvəndi almış insanların çoxuna Pfizer və ya Moderna vaksinlərinin iki dozası, digərlərinə isə Johnson & Johnson peyvəndinin bir dozası vurulub.

Yeni doza virusun olduqca yoluxucu Delta variantına qarşı daha çox qorunmaq üçün nəzərdə tutulub.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button