2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ÜST: Koronavirusun Delta variantı hazırda dünya boyu dominantlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı yaydığı məlumata görə, koronavirusun Delta variantı narahatlıqlara səbəb olan digər bütün variantlardan daha sürətlidir.

“Hal-hazırda Alfa, Beta və Qammanın cəmi 1%-dən az hissəsi dövriyyədədir. Bütün dünya boyu Delta dövriyyədədir” – deyə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 üzrə texniki rəhbəri Maria Van Kerxove bildirib.

Van Kerxovenin dediyinə görə, Delta variantı o qədər sürətlə yayılır ki, dünya boyu digər variantları əvəz edib.

Saytların yığılması Saytlarin yigilmasi

Çərşənbə axşamı Avstraliyanın ikinci ən böyük şəhərində yüzlərlə insan hökumətin inşaat sektoruna tətbiq etdiyi koronavirus məhdudiyyətlərinə qarşı nümayiş keçirib.

Rəsmilər işçilərin toplanmasının COVID-19 yayılmasına səbəb ola biləcəyindən narahat olduqları üçün Melburndakı inşaat sahələrini iki həftə bağlanacağını bildirib.

İnşaat işçilərinin də işə qayıtmalarına icazə verilməzdən əvvəl koronavirus peyvəndinin azı bir dozasının alması tələb olunur.

Melburnun yerləşdiyi Victoriya ştatı çərşənbə axşamı 603 yeni yoluxma halı qeydə alınıb ki, bu il bir gündə ən çox yoluxma halıdır.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern çərşənbə axşamı koronavirus protokollarını pozulması ilə bağlı cərimələrin noyabr ayından başlayaraq artacağını bildirib.

Dəyişikliklərə COVID-19 nqaydalarını bilərəkdən pozülmasına görə olantəxminən 2800 dollar cərimə 8400 dollara qaldıracaq. Məhdudiyyətləri pozanlar 6 aya qədər həbs cəzası ilə də üzləşə bilər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button