2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Üsyançı müstəntiq”in məhkəməsi başlayır

Hüquq-mühafizə orqanlarında və dövlət idarəçiliyindəki qanunsuzluqlara etiraz edərək, prokurorluq orqanlarından könüllü istefa verən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 4-nə təyin edilib.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumatlandırıb. Vəkilin sözlərinə görə, artıq ittiham aktı tərəflərə təqdim edilib: “İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İşdə  guya bir neçə zərərçəkənin olduğu qeyd olunur. Biz məhkəmədə Rüfətin tam günahsız olduğunu isbat edəcəyik. Amma proses necə olacaq, bu başqa məsələdir”. (gununsesi.info)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button