Üsyançıların Hələbdən təxliyəsi "təxirə salınıb" - 24 saat xəbərlər
Now Reading:
Üsyançıların Hələbdən təxliyəsi “təxirə salınıb”
Full Article 3 minutes read

Üsyançıların Hələbdən təxliyəsi “təxirə salınıb”

Dinc əhalinin və üsyançı döyüşçülərin Şərqi Hələbdən planlaşdırılmış təxliyəsi hökumətin yeni tələbləri nəticəsində təxirə salınıb.

Verilən məlumata görə, hökumətə məxsus avtobuslar əraziyə gəlsədə, onların heç biri Hələbi hələ tərk etməyib.

Deyilir ki, Suriya hökuməti müxalif qüvvələr tərəfindən yaxınlıqda mühasirəyə alınmış şəhərlərdən öz döyüşçülərini və dinc əhalini eyni vaxtda təxliyə edilməsini tələb edir.

Hələbdə hökumət döyüşçüləri və üsyançılar arasında atəşkəs çərşənbə axşamı günü elan edilmişdi.

Çərşənbə günü səhər, üsyançıların nümayəndələri Reuters xəbər agentliyinə təxliyənin gecikdirilməsinə baxmayaraq atəşkəsin hələ də qüvvədə olduğunu deyib.

Şərqi Hələb 2012-ci ildən üsyançıların idarəsi altında olub. Lakin son bir neçə ay ərzində baş vermiş hökumət hücumu və Rusiya hava bombardmanları nəticəsində, üsyançılar, onların idarəsi altında olan və getdikcə daralan əraziyə sıxışdırıblar.

Türkiyə və Rusiyanın səyləri ilə əldə edilən təxliyə razılığına əsasən üsyançılar və Şərqi Hələbin dinc əhalisi şimali Suriyanın üsyançılar tərəfindən idarə edildiyi ərazilərə təxliyə edilməlidir.

Təxliyə yerli vaxtla saat səhər 03:00 başlamlı idi, lakin məlumata görə, ərazidəki hökumət avtobusları hələ də yerlərində qalır.

BMT təxliyə planında “iştirak etmədiyini” deyib, lakin “şəhərin mühasirəyə alınmış bölgələrindən yaralı, xəstə, və zəif dinc əhalinin təhlükəsiz təxliyəsinin icrası üçün kömək etməyə hazır” olduğunu bildirib.

Çərşənbə axşamı günü, BMT-nin Suriya üçün Xüsusi Nümayəndəsi Staffan de Mistura əməliyyata BMT tərəfindən nəzarət edilməsi üçün dərhal şərait yaradılmasını tələb edib.

Təxliyə razılığı barədə xəbərlər, dinc əhalinin hökumət yönümlü qüvvələr tərəfindən öldürülməsi barədə BMT-dən verilən məlumatın elan edilməsindən sonra gəlib.

BMT, Hələbin dörd ərazisində ən azı 82 mülki vətəndaşın öldürüldüyünü, lakin bu rəqəmin çox güman ki, daha yüksək olduğuna ehtimalı olduğu deyib.

BMT və ABŞ bildirir ki, Suriya hökuməti və prezident Bəşər əl-Əsədin müttəfiqləri – Rusiya və İran – şəhərdə baş vermiş vəhişliklərə cavabdehdir. Suriya hökuməti ilə Rusiya iddiaların yalnış olduğunu bildirir.

Rusiya mediasına çərşənbə günü verdiyi müsahibədə, prezident Bəşər əl-Əsəd, Qərbin “ikili standartları” barədə şikayətlənib.

Hökumətin idarəsi altında olan qərbi Hələbdə Suriyalılar sevinir (12 dekabr 2016)

O deyib ki, Qərb rəsmiləri və mediası Hələbdə hökumət qüvvvələrinin irəliləməsi vaxtı dinc əhali barədə narahatlığını bildirsədə, İslamçı üsyançıların Palmira şəhərində dinc əhaliyə və tarixi abidələrə hücumunu veclərinə da almayıblar.

Döyüş bitib”

Çərşənbə axşamı günü, Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının təcili sessiyasında deyib ki: “Son saat ərzində əldə etdiyimiz məlumata görə şərqi Hələbdə hərbi əməliyyatlar artıq bitib”.

Bundan əvvəl o, üsyançıların təxliyə edilməsi üçün razılığın ədlə edildiyi barədə xəbər verib.

“Dinc əhali qala da bilər, təhlükəsiz yerə gedə bilər və yerdə təşkil edilmiş humanitar səylərdən istifadə edə bilər. Dinc əhaliyə heç kəs zərər vurmayacaq”, cənab Çurkin deyib.

Lakin üsyançılar razılığı təsdiqləsələrdə, dinc əhalinin də təxliyə olacağını vurğulayıblar.

Çərşənbə axşamı günü, Suriya hökumət mediası üsyançıların Hələbin cənubundan keçərək Suriyanın şimalında yerləşən və üsyançılar tərəfindən idarə edilən İdlib rayonuna təxliyə ediləcəyini deyib.

BBC-nin müdafiə və diplomatik müxbiri Jonathan Marcus

Şərqi Hələbin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi və üsyançıların ağır məğlubiyyəti artıq demək olar ki, Suriyanın ən əhəmiyyətli şəhərlərini idarə edən Prezident Bəşər əl-Əsəd üçün böyük təbliğat qələbəsidir.

Lakin vətəndaş müharibəsindən əvvəl əhalisinə görə Suriyanın ən böyük şəhəri olan Hələbin alınması hökumət üçün ən böyük mükafatdır.

Hələb Moskvanın strateji şaxmat oyununda tək başına çox əhəmiyyət daşımasa da, üsyançıların bu şəhərdə məğlubiyyəti prezident Bəşər əl-Əsədin ən böyük uğurudur.

Rusiyanın müharibəyə müdaxiləsindən əvvəl, prezident əl-Əssədin vəziyyəti daha gərgin idi və onun hərbi qüdrəti getdikcə azalırdı.

Xarici qüvvələr onun hökumətinin təməlini öz strateji maraqlarını qorumaq üçün möhkəmləndiriblər. Və bu maraqlar gələcəkdə nəyin baş verəcəyini müəyyən etməkdə böyük rol oynayacaq.

Input your search keywords and press Enter.