2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Utanmazlara və xəbərsizlərə cavab

Dostlar! Hakimiyyət televiziyaları Türkel Kərimliyə qarşı iyrənc kampaniyaya başlayıblar.

Bu yaxınlarda Türkelin Amerika Konqresində uğurlu təqdimatı hər kəsi heyran qoydu. Bu təqdimat zamanı o, yüksək intellektual potensiala, mükəmməl Qərb təhsilinə, məntiqli ümumləşdirmə qabiliyyətinə, dərin hüquqi mühakimələrə malik olduğunu nümayiş etdirdi.

Doğrusu, bu yaşda Amerika Konqresi kimi mötəbər bir qurumda belə yüksək səviyyəli, vətənpərvər təqdimata çoxları yalnız həsəd apara bilər. Bəs hakimiyyət təbliğatçıları, onların ətrafında olan yaltaq sürüsü Türkelin bu böyük uğuruna kölgə salmaq üçün hansı rəzalətə əl atmırlar? Sən demə, Konqresin Helsinki Komitəsinin dinləməsində hansısa erməni iştirak edib. Yaxud Xədicəyə və Türkelə nöqsan tuturlar ki, niyə Qarabağ məsələsindən danışmayıblar?

Saytların yığılması Saytlarin yigilmasi

Bu nadanlar anlamırlar ki, Konqres açıq dinləmə keçirir və ora hər kəs, o cümlədən erməni millətinin nümayəndəsi də gəlib müzakirələri dinləyə bilər, ancaq dinləyə bilər. İkinci, tədbirin əvvəlində təşkilatçılar tərəfindən elan olundu ki, onlar Azərbaycan torpaqlarının işğal altında olduğunu bilir, vəziyyəti anlayırlar, lakin bu dinləmələr bilavasitə referendum aktı və ölkədə demokratiya məsələləri ilə bağlıdır.

Türkeli ermənilərlə “iş birliyi”ndə ittihama cəhd edən nadan sürüsü nə tez erməni idmançıların Azərbaycan hakimiyyəti tərəfindən 2015-ci ilin yayında Bakıya, Birinci Avropa Oyunlarına dəvət edildiyini, onların hamısının, hətta, masajistlər də daxil olmaqla, texniki heyətin belə bütün səfər xərcini ödədiyini unudub. Deyəsən, bunların heç dövlət şirkəti olan SOCAR-ın erməni kilsələrinə qaz verməsindən də xəbərləri yoxdur. Parkinson xəstəliyinə mübtəla olanlar bu ilin aprel ayında İlham Əliyevin ermənilərin xahişi ilə Azərbaycan ordusunun uğurlu hücum əməliyyatını dayandırması haqqında bəyanatından da deyəsən tamam-kamal xəbərsizdirlər.

Adam bunların utanmazlığına, qanmazlığına heyrət etməyə bilmir. Azərbaycan qazı ilə ermənilərin əlini isidənlər, Azərbaycanın pulu ilə yekə bir dəstə erməni komandasını Bakıya idman yarışına gətirənlər, erməni hökumətinin xahişi ilə Azərbaycan ordusunun öz torpaqlarını azad etmək üçün başladığı uğurlu hərbi əməliyyatı durduranlar Türkel Kərimlini ermənilərlə “əməkdaşlıq”da ittiham edirlər. Türkel Azərbaycan gəncliyinin hansı səviyyəyə yüksəldiyini, hansı polemika mədəniyyətini əxz etdiyini, hansı intellektual potensiala sahibləndiyini, mötəbər bir tribunadan öz ölkəsinin maraqları üçün necə yararlanmağın örnəyini ortaya qoydu. Belə gənclərlə ancaq fəxr etmək olar!

Cəmil Həsənli

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button