2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Uydurma yoxsa reallıq?: Multikainat həqiqətən mövcuddurmu?

    Multikainat sözü “Spider-Man: No Way Home” və “Doctor Strange: Multiverse of Madness” filmlərindən sonra son zamanlarda ictimaiyyətdə daha çox məşhurlaşdı. Marvel filmlərind’ multikainat eyni zaman ərzində bizim kainatın müxtəlif versiyalarının mövcud olmaları imkanıdır. Həmin filmlərdə lazımi texnologiyalardan və ya sehrdən istifadə edərək mövcud kainatlar arasında səyahət etmək mümkündür. Lakin multikainat həqiqətənmi mövcuddur? Bu məsələyə Qərbi Sidney Universitetinin fiziki Luke Barnes aydınlıq gətirməyə çalışıb. “Spider-Man: No Way Home” filmində göstərilib ki, digər kainatlar ilə Yer kürəsinin əkizləri mövcuddurlar və müəyyən sehrin yardımı sayəsində bizim reallığa bir neçə eyni superqəhramanı və mənfi personajı köçürtmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

    “Bizim Yer kürəmizin əkizləri mövcud ola bilərlərmi? Və əgər bilərlərsə, həmin planetlərdə bizim reallıqda olan insanların əkizləri mövcuddurlarmı? Elmi nöqteyi nəzərdən bu mümkündür. Çünki biz, bizim kainatın əslində nə dərəcədə böyük olduğunu bilmirik” – deyə Luke Barnes qeyd edib. Hardasa oralarda bizim kainatımız ilə planetimizin əkizlərinin mövcud olmaları ehtimalı olduqca yüksəkdir. Çünki bizim gördüyümüz kosmos mövcud bütün məkanın sərhədi deyil. Oralarda çoxlu sayda qalaktika, planet və ulduz mövcuddur və biz onlar barəsində heçnə bilmirik.

    Albert Eynşteyn hesab edirdi ki, biz, məkan üzrə işıq sürətindən daha sürətli şəkildə səyahət edə bilmərik. Elmi nöqteyi nəzərdən köstəbək yuvalarından (digər adı soxulcan dəliyi) istifadə etmək olar. Lakin biz onları necə yaratmaq lazım olduğunu bilmirik və görünür, kainat onları təbii yolla yaratmır. “Digər tərəfdən əgər biz, köstəbək yuvasını yarada bilsək, onun nəticə etibarilə bizi Yer kürəsinin əkizinə çatdıracağı ehtimalı da dəqiq deyil. Ola bilsin ki, o sadəcə olaraq bizi kosmosun bilinməyən bir nöqtəsinə çatdırsın. Buna görə də əgər Yer kürəsinin əkizi həqiqətən də mövcuddursa, o, inanlmaz dərəcədə uzaqda yerləşir” – deyə Luke Barnes əlavə edib.

    Marvel flmlərindəki multikainatın mövcudluğu ağlasığmaz gəlir. Lakin bu belə deyil. Alimlər bilirlər ki, bizim kainatın əsas inşa blokları olan protonlar, neytronlar, elektronlar və digər faktorlar sözün əsl mənasında inanılmaz şeylər yarada bilərlər. Əgər həmin faktorlar özlərini başqa cür aparsaydılar bizim kainat tamamilə fərqli olardı və ola bilsin ki, insan sivilizasiyası ümumiyyətlə mövcud olmazdı. “Bizim kainat bu lazımi tərkibi necə əldə edib? Bəlkə də biz sadəcə olaraq kosmik lotereyada qalib gəlmişik. Bəlkə də kainatın tamamilə fərqli komponentlərə sahib hissələri mövcuddur. Ola bilərmi ki, bizim kainatımız ona bənzər digər kainatlar arasında ən uğurlu varantdır?” – deyə Luke Barnes bildirib.

    Kainatın təbiəti üzrə ümumi təsvirlərə əsasən hər şey Böyük partlayış anında yaranıb. Böyük partlayışdan öncə isə inanılmaz dərəcədə sıx, isti və bircinsli nöqtə mövcud olub. Onun partlayışından sonra isə materiya kainata bərabər şəkildə paylanmağa başlayıb. Həmin proses indi də davam edir. Başqa sözlə desək, Böyük partlayış anından indiyənə kimi kainat genişlənməyə davam edir. “Lakin kainatın inflyasiya modeli adlı nəzəriyyə mövcuddur. Həmin nəzəriyyəyə əsasən Böyük partlayışdan sonra saniyənin birinci hissəsi anında kainat çox yüksək sürətlə genişlənməyə başladı. Əgər bu həqiqətən də belədirsə, deməli həmin faktor kainatın fərqli şəkildə deyil bilinən şəkildə genişlənməsi prosesini izah edir” – deyə Luke Barnes qeyd edib.

    “Bu cür kosmik inflyasiya multikainatı yarada bilər. Bu nəzəriyyəyə əsasən məkanın böyük hissəsi hər saniyə genişlənir və ölçü üzrə böyüyür. Məkanın kiçik hissələrində təsadüfi şəkildə Böyük partlayış kimi bir hadisənin baş verməsi üçün lazımi şərait yaranır. Həmin hissələrdə materiyanın əsas özəlliklərinin dəyişməsi gedir və hər bir belə kiçik sahəni fərqli özəlliklərə sahib digər kainat adlandırmaq olar. Bu üsul ilə isə multikainat yaranır” – deyə Luke Barnes əlavə edib. Lakin fizikin sözlərinə əsasən bu fikirlər sadəcə nəzəri xarakter daşıyırlar. Belə ki, bu mövzu ətrafında çoxlu sayda “bəlkə” və “ola bilsin ki” kimi faktorlar mövcuddur. Hal hazırda isə multikainatın mövcud olması üzrə tutarlı elmi sübut yoxdur. Sonda isə Luke Barnes “Doctor Strange: Multiverse of Madness” filmindən Doctor Strange-in bir sitatını səsləndirib: “Multikainat, barəsində qorxunc dərəcədə az bildiyimiz bir konsepsiyadır”.

24 saat” “Uydurma yoxsa reallıq?: Multikainat həqiqətən mövcuddurmu?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button