2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Üzərində soyuq silah gəzdirənlərin NƏZƏRİNƏ – Həbs oluna bilərsiniz

Silah – insanların və ölkələrin birbaşqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.

Silahlar iki yerə bölünür: Soyuq və odlu.

Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddir.

Saytların yığılması Saytlarin yigilmasi

Soyuq silahlar da iki yerə bölünür: Cinayət məsuliyyəti daşıyan və daşımayan.

Soyuq silah nədir və soyuq silahı saxlamaq və üstündə gəzdirmək hansı məsuliyyətə səbəb ola bilər?

24.saat.org  xəbər verir ki, vəkil Asif Abdullayev femida.az -a soyuq silahı saxlamaq zaman yaranan məsuliyyəti şərh edib.

Qanuna əsasən, soyuq silah – konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.

Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button