2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Üzülün, cənablar, qurtula bilmədiniz!

7 Avqust 2018-ci il tarixində ölkə mətbuatının Azərbaycanda yaşayan və mətbuat adına mümkün olan bütün qanuni çabaları göstərən son təmsilçilərinə qarşı hakimiyyətin ən üst təmsilçiləri səviyyəsində basqı başlandı.

Ardıcıllıq ilə az24saat.org, anaxeber.az, xural.com, arqument.az və monitortv.info saytları hakim qarşısına çıxarıldı. İlk olaraq biz – yəni az24saat.org Səbail rayon məhkəməsində hakimin məntiqdən uzaq suallarına cavab verib yorulmalıydıq. Nəticə əvvəlcədən bəli olduğundan o hakimə də, bu hakimiyyətə də bu şərəfi vermədik.

Vəkilimizin yüksək çabalarını heçə sayan “məhkəmə” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkə konistitusiyasa zidd iddiasını notarus kimi təsdiq etdi. Davamı saat ardıcıllığı ilə anaxeber.az, xural.com və arqument.az-la davam edən ssenarinin sonunda məlum oldu ki, bu ölkədə hətta sayta qarşı qaldırılan iddia ərizəsinə etiraz hazırlamaq üçün belə zamanımız yoxdur…

İllər əvvəl 24saat.org saytına həyat verəndə amalımız azad sözə qulluq etmək idi. Tərəf olmamaq andımız oldu və bu andımıza son ana qədər sadiq qaldıq. Əli Kərimli ilə İlham Əlieyə eyni gözlə – xəbər kimi baxdıq. Ən kritik məqamlarda kənarda qalmağımızdan, daha doğrusu kənarda saxlanılmağımızdan incimədik, əksinə belə lazımdır dedik və xəbər yaymaqda davam etdik. Bu yolada AXCP sədrindən “bir qədər məşhurlaşsınlar” mesajından tutmuş, YAP yetkililərinin “onlar müxalifətə işləyir” mesajı qədər mənasız və arqumentsiz iddialara qədər hər sözü eşitdik.

Saytların yığılması Saytlarin yigilmasi

İqtidarın olmadığı kimi, müxalifətin də boyunduruğu altına girmədik, qrant maqnatlarına boyun əymədən yolumuza davam etdik. İllər beləcə davam etdi, biz sadəcə xəbərə xidmət etdik. Hətta 24saat.org saytının 2016-cı ildə məhkəmə qərarı olamadan bloklanmasına belə əhəmiyyət vermədən doğru xəbəri tirajlamağa davam etdik. Və cəmi 1 həftə əvvəl 24saat.org saytına ana domen olaraq az24saat.org-u əlavə etdik. Burdan başladı hər şey. Sayta qeyri-qanunsuz giriş qadağasının aradan qalxmasına nail olmuşduq, artıq heç bir mane olmadan klanlararası savaş barədə yazdıqlarımızı oxumaq mümkün idi. Hətta müxalifət liderlərlərinin belə səsləndirməyə cəsarət etmədiyi məqamları yazdıq, ən radikal müxalifət sədirinin adını dilinə gətirməyə qorxduğu klanların adını çəkinmədən faş etdik.

Cəzasını 7 avqust 2018-ci ildə ildırım sürətiylə kəsdilər. Gözlənilən idi, gözlədiyimiz oldu… Amma həm də gözlədiyimiz olmadı…

İllər ərzində sözünü deməyə azad məkan tapmayanların söz platforması olan 24saat.org-un bloklanmasına kimsə etiraz etmədi. İlham Əliyevdən gözlədiyimiz çox şey yox idi, onun mövqeyi bəllidir… Gözləntimiz AXCP, Müsavat, RaAl-dan idi. AXCP sədri məsələni öz dar baxış bucağından şərh edərək klanlarası savaşı rayon icra hakimiyyəti səviyyəsinə endirdi, “Müsavat”saytlar apellyasiya məhkəməsində olarkən nəsə bəyanat yaydı, oxumadıq da… İncidikmi? Əsla! Biz bu yola baş vuranda da bilirdik ki, dar gündə yanımızda özümüzdən başqa kimsə olmayacaq. Biz bu yola baş vuranda bilirdik ki, bu ölkədə sözün azdlığı uğrunda hətta AXCP kimi partiyaların toxunulmaz sədrlərinin susqunluğu belə ən optimist adamlarda da azad Azərbaycanla bağlı ümidləri məhv edib.

Son bloklanan 5 sayt Azərbaycanda son azad sözün nəfəsliyi idi. Artıq nəfəslik yoxdur. Artıq iqtidara sərf etdiyi kimi, adını müxalifət qoyan partiya sədrlərinə də, qrant qanqsterlərinə də sərf edən əl quzusu mətbuat var ortada. Artıq istənilən bazarlıq üçün münbit şərait var…

Hər zaman olduğu kimi yenə də biz varıq. Hətta sizlər adımızı əlihəsənovların, paşayevlərin və başqalarının diktəsi ilə ATƏT-in Media Ofisinin bəyənatından silsəniz belə, biz var olacağıq. Yenə oxucumuza xəbəri 1001 yolla çatdıracağıq! Yenə oyunlarınızı pozacağıq! Yenə əlihəsənovlardan paşayevlərə, əlikərimlilərdən azad mətbuatın ölkədən qaçan “əsas təmsilçilərinə” qədər hər kəsin bazarlıq çabasının qarşısında olacağıq.

Üzülün, cənablar, qurtula bilmədiniz!

QURDQANLI

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Bunu da oxuyun
Close
Back to top button