Loading...
Loading...
SEÇMƏ

“Uzunmüddətli aclıq Taleh Bağırzadənin səhhətində problemlər yaradıb”

Hərəkat sədri: “Ağdamda məsciddə donuz saxlayanlarla Bakıda polis idarəsində Allahı söyənlərin fərqi yoxdur”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin 11 gündür ki, həbsdə aclıq aksiyasını davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə ilahiyyatçının yaxınları məlumat verərək bildirib ki, uzunmüddətli aclıq onun səhhətində problemlər yaradıb.

Taleh Bağırzadənin vəkili Fəxrəddin Mehdiyev iyunun 14-də Qobustandakı həbsxanada onunla görüşüb.

Vəkil bildirdi ki, həbsxanada kamera şəraitində qalsa da, həkim nəzarətindədir. Dörd gündür ki, temperaturu var. Bu da orqanizmdə hansısa orqan və ya orqanlarda ciddi problem yaranmasının siqnalıdır. Səhhətindəki problemlərə baxmayaraq, qətiyyətlidir”, – yaxınları deyib.

Buna baxmayaraq, Taleh Bağırzadə deyib ki, polis idarəsində Müsəlman Birliyi Hərəkatının üzvlərinə işgəncə verən və bu zaman Allahı təhqir edən şəxslər cəzalandırılana qədər aclığı dayandırmaq niyyətində deyil:

“O bildirib ki, Ağdamdakı məsciddə donuz saxlayanlarla Bakıda polis idarəsində Allahı təhqir edənlər arasında heç bir fərq yoxdur”.

İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadənin sözlərinə görə, iyunun 12-də Qobustan həbsxanasında Taleh Bağırzadə ilə görüşmək istəsələr də, icazə verilməyib. İyulun 13-də ilahiyyatçı ailəsilə telefonla əlaqə saxlayıb:

“Onda özü də demişdi ki, qızdırması var, gözləri qaralır. Həkim deyib ki, bu vəziyyət təhlükəlidir”.

Taleh Bağırzadə iyunun 3-dən aclıq aksiyasına başladığını açıqlayıb. O, saxlandığı həbsxananın rəhbərliyinə bu barədə yazılı ərizə verib. O bildirib ki, inanclı şəxslərin polis idarələrində işgəncəyə məruz qalması və bu zaman Allahın da təhqir olunmasına etiraz olaraq aclığa başlayır və tələbi bu hərəkətlərə yol verən şəxslərin cəzalandırılmasıdır.

Penitensiar Xidmət Taleh Bağırzadə və ondan sonra aclıq aksiyasına qoşulan həbsdəki başqa inanclılarla bağlı deyilənlərə münasibət bildirməyib.

Daxili İşlər Nazirliyi isə Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncə və təhqirlərə məruz qalması haqda şikayətlərin əsassız olduğunu bəyan edib.

Müsəlman Birliyi Hərəkatının 5 üzvü mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hərəkatın başqa bir fəalı Razi Abbasova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduğu gün məhkəmənin qarşısında saxlanılıb. Onlardan üçünə polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib, digər iki nəfər isə həmin gün gecə saatlarında buraxılıb. Onlar gün ərzində işgəncələrə məruz qaldıqlarını, şalvarlarının çıxarılaraq, zorlanmaqla hədələndiklərini bildiriblər.

Taleh Bağırzadə, Abbas Hüseynov və Müsəlman Birliyi Hərəkatının digər üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. Həmin əməliyyatda ikisi polis, dördü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.

Gözdən qaçırmayın:  NATO Ukraynaya ağır silahlar verəcəyini deyir

Taleh Bağırzadə və Abbas Hüseynovun hər biri O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir. Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir. Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button