2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Uzunömürlülüyün 15 şərti

Yaponlar uzunömürlü olmasını doktor Şiqeaki Xinoxariya borcludur. Həkim özü ahıl yaşlarına qədər aktiv həyat tərzi sürüb.

Saytların yığılması Saytlarin yigilmasi

O, 75 yaşdan sonra 100-dən çox kitab yazıb. Onlardan 1,2 milyon nüsxə tirajla çıxan “Çox yaşamaq, yaxşı yaşamaq” adlı kitabı xüsusilə məşhurdur. 100 yaşı tamam olanda isə Qiqeaki Xinoxari insanları müalicə etməyə və mühazirələr oxumağa davam edirdi.

Qiqeaki Xinoxarinin sağlam və uzunömürlü olmaq barədə fikirlərini təqdim edirik.

1. İnsanlar enerjini yuxudan və qidadan deyil, sevincdən alır. Yadınıza salın, uşaqlıqda vaxtımızı şən və maraqlı keçirəndə biz yemək barədə fikirləşmirdik, yuxumuz da gəlmirdi. Böyüklərdə də eyni ilə belədir. Odur ki, öz bədənini sərt qida qəbulu üsulları və yuxu ilə üzmək lazım deyil.

2. İstənilən irqə, milliyyətə və cinsə aid olan insanlar çox yaşaya bilər. Onların ümumi bir cəhəti var: Uzunömürlülər arasında heç bir gombul yoxdur. Məsələn, mən səhər yeməyində zeytun yağı (bu, arteriyalar və dəri üçün faydalıdır) əlavə edilmiş bir stəkan portağal şirəsi, qəhvə və ya süd içirəm. Əgər çox məşğulamsa, naharda südlə peçenye yeyirəm. Ümumiyyətlə, işləyəndə aclıq hiss etmirəm. Şam yeməyində tərəvəz, balıq və bir az düyü yeyirəm. Həftədə iki dəfə 100 qram yağsız ət yeyirəm.

3. İşlərinizi həmişə planlaşdırın. Mənim gündəliyim adətən ilin sonuna qədər görməli olduğum işlərin siyahısı ilə dolu olur. Amma 2016-ci ildə bir az əylənmək qərarına gəldim və Tokioda keçirilən Olimpia oyunlarını izləməyə getdim.

4. Təqaüdə çıxmağa ümumiyyətlə, dəyməz. Lakin bundan qaçmaq mümkün deyilsə, çalışın bunu gec edin. Bu gün Yaponiyada pensiya yaşı 65-dir, amma ondan yarım əsr əvvəl ölkədə orta ömür həddi 68 idi, yaşı 100-ü haqlayan insanlar isə Yaponiyada cəmi 125 nəfər idi. Bu gün Yaponiyada qadınların orta ömür həddi 86, kişilərdə isə 80-dır.

5. Öz biliklərinizi bölüşün. Mən hər il auditoriyalarda 150 mühazirə oxuyuram. Məni dinləyənlər arasında həm məktəblilər, həm də biznesmenlər var. Mühazirələr saat yarıma qədər davam edir, onları ayaqüstə oxuyuram.

6. Bir həkim sizə hansısa əməliyyatı edəndə və ya hansısa təhlillər verməyi tövsiyə edəndə ondan soruşun: O, bunu öz uşaqlarına, həyat yoldaşına və ya digər qohumlarına məsləhət görərdi? Həkimlər nə desələr də, hər şeyi sağalda bilməz. Niyə əlavə əziyyət çəkəsiniz ki? Bəzən musiqi və ya terapevt xidməti göstərən heyvanlar cərrahlardan yaxşı kömək edir.

7. Sağlam qalmaq üçün pilləkəndən istifadə edin, piyada gəzin. Əzələlərin daha yaxşı işləməsi üçün pilləkənləri iki-iki qalxıram.

8. Robert Brauninqinin “Abbat Feqler” romanı məni çox ruhlandırır. Mən uşaq olanda onu mənə atam oxuyardu. Orada deyilir ki, həyatda da, sənətdə qarşına böyük məqsədlər qoymaq lazımdır. Əgər dairə çəkmək istəyirsinizsə, o, o qədər böyük olmalıdır ki, bütün ömrü boyu tükənməsin. Bizə bu dövrənin yalnız bir hissəsi görünür, qalanı isə həyatımızın kənarındadır.

9. Ağrı sirli və müəmmalıdır. Ondan xilas olmağın ən yaxşı üsulu maraqlı məşğuliyyət tapmaqdır. Məsələn, dişi ağrıyan uşağı oyuna cəlb edəndə ağrı barədə dərhal unudur. Xəstəxanalar da bu barədə fikirləşməlidir. Bizim Müqəddəs Luki xəstəxanamızda çoxlu əyləncələr var. Musiqi, heyvanlar və art-terapiya. Bütün bunlar çox kömək edir.

10. Əşyalar çox almağa çalışmayın. Yadda saxlayın ki, heç kim ölüm satının nə vaxt gələcəyini bilmir. Bütün bunları da özünlə aparmayacaqsınız.

11. Xəstəxanalar böyük fəlakətlərə hazır olmalı və qapısını döyən hər kəsi qəbul etməlidir. Bizim xəstəxana elə qurulub ki, lazım gələrsə, onu hər yerə aparmaq olar: zirzəmiyə, dəhlizlərə, kilsəyə. İnsanların çoxu qəzalara dəfələrlə hazırlaşdığım üçün hesab edirdi ki, dəli olmuşam. Ancaq 1995-ci il martın 20-də Tokio metrosunda terror aktı törədiləndə bunlar çox lazım oldu. Və haqlı çıxdığım üçün qətiyyən sevinmirdim.

12. Təkcə elm insanlara kömək etməyə qadir deyil. Elm hər birimizi eyni qəlibə salır, amma biz – hamımız müxtəlifik, xəstəlik isə bizim qəlbimizlə bağlıdır. İnsanı başa düşmək və xəstəliyi müalicə etmək üçün təkcə elm yox, eyni zamanda bacarıq da lazımdır.

13. Həyat gözlənilməz hadisələrlə doludur. 31 mart 1970-ci ildə 59 yaşımda Tokiodan Fukuokuya uçurdum. Gözəl günəşli gün idi, Fudziyamadan zövq alırdım, onda “Qırmızı ordu” kommunist təşkilatının üzvləri təyyarəni ələ keçirdilər. Növbəti 4 günü mən kresloda əli qandallanmış, döyülmüş halda və 40 dərəcə istidə keçirdim. Həkim kimi baş verənləri müşahidə edir və bədənin baş verənlərə dözümünə heyrətlənirdim.

14. Özünüzə örnək nümunəsi seçin və onu ötməyə çalışın. Atam 1900-ci ildə Şimali Karolinada ABŞ-ın Dyuk Universitetində təhsil almağa gedib. O, mənim ilk qəhrəmanlarımdan biri idi. Sonra digərlərinə heyranlıq yarandı. Çətin vəziyyətə düşəndə onları mənim yerimdə təsəvvür edirəm. Görəsən, onlar bu vəziyyətə düşsə idi, nə edərdilər?

15. Uzun müddət yaşamaq gözəldir. 60 il biz öz ailəmizin rifahı naminə işləyirik və planlaşdırdığımız bu məqsədlərə nail olmaq asandır. Amma sonra biz bütün cəmiyyətin rifahı naminə çalışmalıyıq. 65 yaşım tamam olduqdan sonra həftədə yeddi gün, gündə 18 saat pulsuz işləyirəm. Və hər dəqiqədən zövq alıram.

Müqəddəs Luki xəstəxanasının prezidenti doktor Şiqeaki Xinoxar 18 iyul 2017-ci ildə Tokioda 105 yaşında vəfat edib. Demək olar ki, o, ölənə qədər pasiyent qəbul edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button