2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Vəhşi” 90-lara geri dönüş – Yayda Rusiyada qorxunc vəziyyət yarana bilər

İyun ayında Rusiyada iqtisadi vəziyyət qorxunc xarakter ala bilər.

Bu barədə “Moskovski komsomolets”də dərc edilən məqalədə deyilir.

Məqalə müəllifi Rusiya Federasiyası Mərkəzi Bankının “Trendlər nədən danışır” bülleteninin yeni nömrəsinə istinad edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilir ki, analitiklərin çoxunun fikri Mərkəzi Bankın rəhbəri Elvira Naibulinanın dəyərləndirməsi ilə üst- üstə düşüb. Məsələn, söhbət istehsal və nəqliyyat həlqələrinin pozulması ilə əlaqədar olan problemlərdən və nəticədə hətta tikiş istehsalı kimi sadə sahələrin zərər çəkəcəyindən gedir.

“Məsələn, düymələri götürək. Onlardan çox istehsal edilir, lakin yeni tərəfdaşların axtarılması, logistikanın yenidən qurulması bir neçə ay çəkə bilər. Eyni şeyi, məsələn, kağız sənayesi barədə demək olar: bizdə oduncaq Rusiyanındır, amma ağardıcı ximikatlar idxal edilir”, – analitiklər Mərkəzi Bankın rəhbərindən iqtibas gətirib.

Məruzədə əsas diqqət ona yönəlib ki, iqtisadiyyatın stuktur transformasiyası texnoloji reqreslə müşahidə ediləcək

Bu, xüsusilə yüksək rəqəmsal və ya qabaqcıl xarici texnologiyaların tətbiq edildiyi sahələrdə təzahür ediləcək. Belə sahələrdən biri də, məsələn, maşınqayırma və elektron sənayesidir.

Məruzədə problemlərin artıq iyun ayında kəskin təzahür edəcəyi barədə xəbərdarlıq edilir. İlk növbədə alternativ tədarükçülərin axtarışı və ehtiyyatlardan (o cümlədən maliyyə resurslarından) qənaətlə istifadə edilməsi məsələsi üzə çıxacaq.

Analitiklər xəbərdarlıq edib ki, problemlər ehtiyyat hissələrinin və servis xidmətlərinin çatışmazlığı səbəbindən artacaq. Bu zaman sahibkarlar üçün vergilərin azaldılması təklif edilir.

Analitiklər ötən əsrin 90- cı illərinə dönüşü istisna etmir, çünki yaranmış vəziyyətdə vasitəçi xarici ticarət şirkətlərinin və “çelnok” (məkik, masura- tikiş maşınında sapı verən detal) kiçik biznesinin rolu artacaq.

“İqtisadiyyat haradasa 1990- cı illrin kasıb dövrünə, otaqların az qala yarısı boyda olan damalı çantaların Türkiyə və Çin istehsalı olan geniş istehlak malları ilə dolu olduğu dövrə qayıdacaq”.

Bu “çelnok”lar investisiya idxalı ilə- maşınlar, avadanlıq və sənaye yığımı üçün komplektlərlə bağlı problemlərin həllinə heç cür kömək etməyəcək.

“Sanksiyaların nəticələri hələlik hiss edilmir, çünki mağazalarda mallar və maddi ehtiyatlar var. Lakin bu ehtiyatlar sürətlə tükəndiyindən artıq iyun ayından “X” saatı gələvək. O zaman sanksiyaların iqtisadiyyata necə təsir edəcəyi və onlardan necə yaxa qurtarmağın yolları aydınlaşacaq.

24 saat” ““Vəhşi” 90-lara geri dönüş – Yayda Rusiyada qorxunc vəziyyət yarana bilər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button