Now Reading:
Vəkil Elçin Sadıqov da intizam icraatına görə Kolegiyaya çağırılıb

Vəkil Elçin Sadıqov da intizam icraatına görə Kolegiyaya çağırılıb

Vəkil Elçin Sadıqov barəsində intizam icraatı ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çağırılıbAz24saat.org xəbər verir ki, bu barədə Elçin Sadıqovun özü məlumat yayıb: 

“Bugün Vəkillər Kollegiyasından xəbər verdilər ki, 25 fevral 2019-cu il tarixdə saat 14:00-da AR Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına çağırılıram.

Nə üçün çağırıldığımı öyrənməyə çalışsam da, nə üçün çağırıldığımı öyrənə bilmədim.

08 mart 2019-cu il tarixədək ölkədə olmayacağım üçün AR VK RH-nin rəhbərliyinin facebook messengerlərinə yazaraq vəsatət qaldırdım ki, RH-nin mənimlə bağlə iclası 08 mart 2019-cu il tarixdən sontakı tarixə təyin olunsun.

Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında qanuna görə intizam icraatlarına vəkillərin iştirakı ilə baxılmalıdır.

Mən də intizam icraatında şəxsən iştirak etmək istədiyimi bildirdim. Ümid edirəm ki, vəsatətim nəzərə alınacaq”.

Qeyd edək ki, Elçin Sadıqov barəsində bir neçə ay əvvəl intizam icraatı başlanıb.

Qeyd edək ki, son vaxtlar müstəqil vəkillərin, xüsusilə, siyasi motivli işlərdə müdafiəçi olanların Vəkillər Kollegiyasından uzaqlaşdırılması prosesinə start verilib. 

Vəkillər Yalçın İmanov və İradə Cavadovanın fəaliyyətinin tam, Əsabəli Mustafayev, Nemət Kərimlinin fəaliyyətinin bir il müddətinə dayandırılmasına qərar verilib. Bundan başqa, vəkil Fuad Ağayevə töhmət verilib. 

Bir neçə gün əvvəl isə vəkil Adil İsmayılovla Vəkillər Kollegiyasının sədri Anar Bağırov arasında konflikt yaranıb.  

Input your search keywords and press Enter.