Loading...
Loading...
Gündəm

Vəkil Elçin Sadıqov da lisenziyadan məhrum edilə bilər

Dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Sadıqov barəsində açılmış intizam icraatı müzakirə edilib. Müzakirələrdə vəkil özü də iştirak edib.

az24saat.org TURAN-a istinadən xəbər verir ki,Şikayət sentyabrda Baş Prokurorluq tərəfindən verilib. Baş Prokurorluq E.Sadıqovu Yunis Səfərovun müdafiəsindən kənarlaşdırıb, onu “yalan ifadə”verməsi məqsədilə Y.Səfərova “psixoloji təzyiq” göstərməkdə ittiham edib. Qeyd edək ki, Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunur)

Sonradan işə yeni bir sənəd əlavə edilib. Həmin sənəddə göstərilir ki, guya, Y.Səfərov avqustun 28-də Penitensiar Xidmətə məktub yazıb və bildirib ki, işgəncəyə məruz qalmayıb, vəkilə elə gəlib və o, şikayət verilməsini təklif edib.

E.Sadıqovun sözlərinə görə, vəsatət qaldırıb ki, sözügedən məktubun gönədrilməsini təsdiq edən sübutlar, təcridxanada məktubların qeydiyyatı kitabı, başqa poçt qeydləri, tranzaksiya nömrələri və sair “Azərpoçt”dan alınsın. Bundan əlavə, Y.Səfərov sentyabrın 1-də istintaqa verdiyi ifadəsində işgəncəyə məruz qaldığını bildirib.

Ancaq İntizam Komissiyası E.Sadıqovla bağlı qərar verməyib, bildirib ki, qərar rəy tərtib edildikdən sonra qəbul olunacaq.

Xatırladaq ki, iyulun 3-də əslən Gəncədən olan RF vətəndaşı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevi və onun mühafizəçisinin yaralayıb.

az24saat.org

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button