Loading...
Loading...
SEÇMƏ

Vəkil Elçin Sadıqov ev dustaqlığına  buraxıldı

Yayımlandı: 17 Sentyabr 2022 14:51

Son dəyişiklik: 17 Sentyabr 2022 16:32

Apelyasiya Məhkəməsi əvvəlki qərarı dəyişib

Vəkil Elçin Sadıqov həbsdən buraxılıb. Sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Bu hakimlər kollegiyası Elçin Sadıqov haqqında sentyabrın 10-dan 11-nə keçən gecə saat 4 radələrində Binəqədi Rayon Məhkəməsində çıxarılmış qərardan verilən şikayətə baxıb. Söhbət vəkilin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi qərarından gedir.

Elçin Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi əvvəl sentyabrın 15-nə təyin edilsə də, baş tutmamışdı. Məhkəmədə məlum olmuşdu ki, onu Baş Prokurorluğun İstintaq İdarəsinə aparıblar, orada müəyyən istintaq hərəkətləri həyata keçirilir. Bundan sonra məhkəmə bir günlük təxirə salınmış, təqsirləndirilən vəkilin müdafiəçiləri də prokurorluğa getmişdi.

Bu üzdən məhkəmə bir gün təxirə salınmışdı. Sentyabrın 16-da məhkəmədə Elçin Sadıqovun özü də iştirak edib. Onun özü də, vəkilləri də haqqındakı həbs qərarının əsassız olduğunu deyib. Vəkillər vurğulayıb ki, Sadıqov cəmiyyətdə tanınan şəxsdir, daimi yaşayış yeri var, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Apelyasiya məhkəməsi də belə qərara gəlib ki, Elçin Sadıqov həbsdə saxlanmadan da istintaq davam edə bilər. O, ev dustaqlığına buraxılıb.

Ev dustaqlığına buraxılan Elçin Sadıqov həbsinin siyasi olduğunu bildirib. O deyib ki, insan haqlarının müdafiəsi sahəsində vəkil kimi gördüyü işlərə görə cəzalandırılıb:

“Bu həm cəza idi, həm də vəkil kimi fəaliyyətimə mane olmaq – Avropa Məhkəməsinə şikayətlər göndırməyimin qarşısını almaq. Həbsim də, azadlığa çıxmağım da siyasi qərar idi”.

O, əlavə edib ki, həbs olunandan aclıq edirdi: “Demişdim ki, sonuncu dəfə azadlıqda olanda yemək yemişəm. Bundan sonra ya çıxıb yeyəcəm, ya da buradan sağ çıxmayacam”.

Elçin Sadıqov sentyabrın 10-dan həbsdə idi. O, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir.

Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Gözdən qaçırmayın:  Azərbaycan-Ermənistan sərhədindəki atışmada həlak olan daha 2 hərbçinin kimliyi açıqlandı

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button