2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vətən Müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyu oldu – FOTO/VİDEO

Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova evləniblər.

Onların münasibəti Vətən müharibəsindən sonra –  Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Denis Quzlayev 1999-cu ildə Bakıda anadan olub. O, müharibədən öncə paytaxtda fəaliyyət göstərən restoranların birində aşpaz işləyib. Səfərbərliklə döyüşlərə qatılan qazi düşmənin atdığı mərmilər nəticəsində üzündən ağır yaralanıb. Milliyətcə rus olan Denis müharibə zamanı aldığı xəsarətə görə bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.

Denis Quzlayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. Bakının Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.

Qeyd edək ki, toy günü Denis Quzlayevlə qızı Regina Kovalyovaya mənzil təqdim olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov paylaşım edib.

“Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”, – o qeyd edib. (Qafqazinfo)

Qazi ilə Milli Qəhrəmanın qızına toy günü mənzil təqdim edildi

24 saat” “Vətən Müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyu oldu – FOTO/VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button