AZ24SAAT.ORG

 
 
Now Reading:
Vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər – SİYAHI

Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi əvvəlki nazir və sədrlər edir.

Hazırda gənclər və idman naziri vəzifəsini Azad Rəhimov, mədəniyyət naziri vəzifəsini Əbülfəz Qarayev, müdafiə sənayesi naziri vəzifəsini Yavər Camalov, səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri vəzifəsini Hüseyn Bağırov icra edir.

Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinə Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Mübariz Qurbanlı, Dövlət Gömrük Komitəsinə Aydın Əliyev, Dövlət Statistika Komitəsinə Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinə Kərəm Həsənov sədrlik edir.

Dövlət Miqrasiya Xidmətinə Firudin Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə general-leytenant Arzu Rəhimov, Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli, Milli Arxiv İdarəsinə Ataxan Paşayev rəhbərlik edir.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

“Report”

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.