Loading...
Loading...
SEÇMƏ

Vəzifəli şəxs yaşıllıqların məhv edilməsində ittiham olunur

Yayımlandı: 30 İyun 2022 14:06

Binəqədi rayonu İbrahim Paşa Dadaşov küçəsinin bir qrup sakini ərazidəki yaşıllıqların məhv edilməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə ərazi özəlləşdirilib və 2020-ci ildən 3 sot torpaq sahəsi Aida Allahverdiyavanın adına keçirilib. O, Azərişıq ASC-də texniki direktorun müavini işləyən Nizami Məhərrəmovun bacısıdır. Sakinlər bildirir ki, mülk  sahibi ağacları kəsib burada kafe tikmək istəyir. Dövlət Şəhərsalma və Arxitektura İdarəsi isə bu ərazidə tikinti aparmağa icazə verməyib. 

Sakinlər bildirir ki, mülk sahibləri burada ağacları kəsib cərimələnməsinlər deyə əraziyə 4 maşın torpaq gətiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin torpaqdan nümunə götürüb və məlum olub ki, bu neftlə çirklənmiş torpaqlardır. 

Ərazidə olarkən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ünvana gəlib, baxış keçirdilər. 

Məsələdə adı keçən Azərişıq ASC-də texniki direktorun müavini Nizami Məhərrəmov bildirir ki, onun bu işə aidiyyatı yoxdur. O deyir ki, torpağı bacısının yoldaşı Valeh Mütəllimov öz xanımının adına alıb. Direktor müavini yaşıllıqların neftli torpaqlarla çirkləndirilməsini onların yox, sakinlərin etdiyini bildirir və səbəb olaraq da onlardan şantaj yolu ilə pul tələb olunmasını göstərir: 

İttihamla bağlı sakin Elçin Hüseynov bildirir ki, o heç vaxt Nizami Məhərrəmovla görüşməyib və ondan pul tələb etməyib. O, bu hal baş veribsə, direktor müavininin niyə polisə müraciət etmədiyini sorğulayır. Direktor müavini bildirir ki, şantaj yolu ilə pul tələb etməklə bağlı mülk sahibi Elçin Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına şikayət göndərib. 

Nizami Məhərrəmov bildirir ki, dövlət qurumları icazə verəcəyi halda ərazidə tikinti aparılacaq. Hələ ki, heç bir tikinti aparılmır.

Meydan TV

Gözdən qaçırmayın:  REAL Milli Məclisdə boş qalan yerlərlə bağlı İlham Əliyevə müraciət etdi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button