2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“Vəhşi heyvanla “dil tapmaq” olar, amma “iribuynuzlu” məmurla heç vaxt”

Eldəniz Quliyev: “Bir ölümdən, bir də kredit borcundan yaxa qurtarmaq qeyri-mümkündür!”

Bugünlərdə Rusiyada banka borcu olan bəzi şəxslərin meşələrə üz tutması Azərbaycanda da maraqla qarşılanmaqdadır.
Maraqlıdır, kredit probleminin Rusiya ilə müqayisədə dəfələrlə kəskin olduğu Azərbaycanda bu təcrübənin populyarlaşması, insanların kütləvi şəkildə meşə və cəngəlliklərə axın etməsi mümkündürmü?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bu ehtimalı bir sıra səbəbdən aşağı olduğunu vurğuladı:
“Məncə belə ehtimal çox azdır. Əvvəla, meşələr də, cəngəlliklər də eyni ilə dəniz kimi, hakimiyyətin təpəgöz məmurları tərəfindən çoxdan qamarlanıb- özəlləşdirilib. Şəxsən bankın şilləvuranlarından qorxub, bankın yiyələrinin şəxsi meşələrinə qaçmaq, həqiqətən absurddur. İkincisi, əgər siz borcluların meşəyə özünü asmaq üçün ağac axtarmağa görə qaçmaq ehtimalını nəzərdə tutursunuzsa, bu da ağılabatan deyil. Çünki bu qədər pullar xərclənib tikilən “brak” (əslində isə- dekorasiya) körpüləri qoyub hansı ağıllı, yaxud hansı ağılsız meşəyə-cəngəlliyə üz tutar?
… Nəhayət, Rusiyadan fərqli olaraq, – orada vəhşi heyvanlar, məsələn ayı, pələng, canavar və s.var – bizim meşələrdə qərar tutmuş meşəbəyi-nazir, meşəbəyi-məmur, meşəbəyi prokuror, meşəbəyi-polis, meşəbəyi oliqarx, biznesmen və sair və ilaxırlar daha təhlükəlidir…Yəni iş çətinə düşəndə vəhşi heyvanla “dil tapmaq” olar, amma iribuynuzlu məmurla heç vaxt!
Əvvəl qeyd elədiyim kimi, dənizə də yollar əbədi bağlı-kilidlidi, deməli, biçarə borclular özlərini dənizə də ata bilməyəcəklər. Çarə qalır yuxarılara, yəni Allah-Təalaya, eləcə də tullanıb aşağıda onu gözləyən kredit gilyotinindən xilas olmağa. Ki, bu da… bir qədər çətin məsələdi. Bunun üçün biz xalqa ” Get tullan!” deməliyik, amma inanın ki, bu müdrik məsləhəti də hər kəsin düzgün qəbul edəcəyini dəqiq proqnozlaşdırmaq olmur…
Bir sözlə: məşhur deyimi kiçik təhriflə parafraz etsək, demək olar ki, bir ölümdən, bir də kredit borcundan yaxa qurtarmaq qeyri-mümkündür! Odur ki, hər kəsin öz “kəlmeyi-şəhadət”ini əzbərləməsi çox vacibdi!..”

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button