2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəhşi heyvanların hücumuna məruz qalan polisin xanımından – Nazirə müraciət

Xidmət zamanı xəsarət alaraq vəfat edən polisin ailəsi Daxili işlər naziri Ramil Usubova müraciət edib.

Sabirabad rayon Polis Şöbəsinin sahə müvəkkili işləmiş Tağı Tağıyevin həyat yoldaşı Gülbəniz Tağıyeva “Qafqazinfo”ya müraciət edərək iki oğlunun polis sistemində işlə təmin olunmasını istədiyini bildirib:
“Həyat yoldaşım, polis kapitanı Tağı Tağıyev 2003-cü ildə xidmətdə olarkən vəhşi heyvanların hücumuna məruz qaldı, 3 ay sonra aldığı xəsarətlərdən vəfat etdi. O, 17 il polis sistemində xidmət edib, Qarabağ döyüşlərində vuruşmuşdu. Müharibədə də yaralanıb “Qarabağ əlili” adını almışdı”.
Hacıqabul rayonun Talış kənd sakini G.Tağıyeva 5 nəfərdən ibarət ailənin başsız qaldığını söyləyib: “Dörd uşağı zülm-zillətlə, min bir əziyyətlə, mərhum yoldaşımın təqaüdü ilə böyütmüşəm. Allah şahiddir ki, bu 13 ildə nələr yaşamışam. Sonra iki oğlum hərbi xidmətini Daxili Qoşunlarda edib, böyük oğlum Anar 2010-cu ildə, kiçik oğlum Yaşar isə 2011-ci ildə tərxis olunub. İndi ən böyük arzum budur ki, oğlanlarımdan heç olmasa biri atalarının geyindiyi polis formasını geyinsin, onun şərəfli yolunu davam etdirsin, dövlətinə qulluq göstərsin”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button