2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Vəkil Adil İsmayılovla bağlı intizam icraatı başladı

“Kollegiyanın rəhbərliyi sorğuma cavab verməyənə qədər izahat yazmayacam”

Martın 13-də vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının İntizam Komissiyasına izahat verməyə çağrılıb. Bundan əvvəl isə Xırdalan şəhər Vəkil Bürosu bəyanat yayıb. Onlar Vəkillər Kollegiyası Rəyasət Heyətini və Azərbaycan vəkillərini “təhqir etməsi ilə seçilən” Adil İsmayılovdan dərhal işlətdiyi ifadələrə görə təkzib verərək üzr istəməsini tələb edib, əks halda onunla bağlı tədbir görülməsini istəyiblər.

Bəyanatda tənqid olunanlar arasında vəkil Fuad Ağayevin də adı var:

“Anar Bağırovun rəhbərliyi altında Vəkillər Kollegiyasında aparılan islahatları dəstəkləyir və təmsil olunduğumuz VK-nın və ümumilikdə Azərbaycan vəkilliyinin ünvanına söylənən şər – böhtan xarakterli iddialara etirazımızı bildiririk”.

Saytların yığılması Saytlarin yigilmasi

Adil İsmayılovun Meydan TV-yə verdiyi məlumata görə, onu komissiyanın üzvü Bəylər Məmişov qəbul edib. Adil İsmayılova bildirilib ki, iki vəkil-Tahir Əlirzayev və Elmar Kərimov tərəfindən komissiyaya şikayət olunub:

“Sahil Əlirzayev və Elmar Kərimovun şikayətlərinin motivi mənim guya qurumun rəhbərliyinin şərəf və ləyaqətinin təhqir etməyim və mağmın adlandırmağımdır. Bəylər Məmişova bildirdim ki, kollegiyanın rəhbərliyi sorğuma cavab verməyənə qədər izahat yazmayacam”.

Vəkil Fuad Ağayev Xırdalan Bürosunun bəyanatında adının hallanması haqda suallara cavab verməyəcəyini bildirib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button