2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkil: “Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Vəli Ələsgərovu buraxmaqdan imtina edir”

Yayımlandı: 28 Sentyabr 2022 15:40

Ali Məhkəmənin qərarı var, amma araşdırma aparıldığı deyilir

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cəza müddəti sentyabrın 27-də başa çatsa da, saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onu buraxmaqdan imtina edir. Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Sabiq nazirin vəkili bildirib ki, Vəli Ələsgərov haqqında hökmün dəyişməsi – cəzasının 6 il 9 ay 20 günə endirilməsi və həmin müddətin də sentyabrın 27-də başa çatması haqda Ali Məhkəmənin qərarını cəzaçəkmə müəssisəsinin rəhbərliyinə təqdim ediblər. Buna baxmayaraq, Ali Məhkəmənin qərarı icra olunmur.

Vüqar Xasayev. Mənbə: “barassociation.az”

“Ali Məhkəmənin qərarı elektron qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə də göndərilib. Buna baxmayaraq, yenə də buraxmırlar. Deyirlər ki, araşdırılır. Burada hansı araşdırmadan söhbət gedə bilər? Ortada Ali Məhkəmənin qərarı var və icra olunmalıdır”, – vəkil bildirib.

Vüqar Xasayev əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda həbsdə qanunsuz saxlanılır. Çünki onun cəza müddətinin sentyabrın 27-də başa çatmasını sübut edən hökm var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button