2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Vəkil Elçin Sadıqov barəsində intizam icraatı başlandı

Vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasında intizam icraatı başlanıb.

24saat.org xəbər verir ki, bu barədə Elçin Sadıqovun özü məlumat yayıb: “Vəkillərin İntizam Komissiyasının üzvü cənab Sərdar Qasımov zəng etmişdi. Həftənin birinci günü konfidensial görüşün dinlənilməsi və onun əsasında Baş Prokurorluğun şikayəti ilə tanış olmağım üçün Vəkillər Kollegiyasına dəvət olunmuşam. Bax belə, həm konfidensial görüşüm dinlənilib, həm barəmdə intizam icraatı başlanılıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl vəkil Elçin Sadıqov Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına sui-qəsddə ittham olunan Yunis Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.

Bununla bağlı Baş prokurorun müavini Rüstəm Usubov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəsatətinə əsasən belə bir qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Eldar Əhmədov vəatətində qeyd edib ki, Elçin Sadıqov Yunis Səfərova hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı rəsmi müraciət eməyi təklif etmiş, lakin prokurorluğun araşdırması zamanı işgəncə faktı təsdiqini tapmayıb. Vəsatətdə həmçinin qeyd edilib ki, Elçin Sadıoqv Yunis Səfərova dövlət ərəfindən əyin edilmiş digər vəkildən imtina eməyi də təklif etməklə cinayət mühakimə prosesinə mane olub.

E.Əhmədov bütün bunları nəzərə alaraq, onun cinayət işindən kənarlaşdırılmasını xahiş edib. Rüstəm Usubov vəsaəti əsaslı hesab edərək, Elçin Sadıqovun cinayəıt işi üzrə icraatdn kənarlaşdırılması barədə qərar verib.

Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirmişdi:
L.İsmayılova müraciətində deyir:

“4 sentyabr 2018-ci il tarixdə artıq hədələr açıq-aşkar gəlməyə başladı və 5 sentyabr 2018-ci ildə Baş Prokurorun birinci müavini tərəfindən imzalanmış qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edildi. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib, vəkilin oğluma məsləhətlərini dinləyib və vəkilin oğluma məsləhətləri Baş Prokurorluğun xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb.

Birincisi vəkil oğluma belə bir məsləhət verməyib, ikincisi oğlum Elçin Sadıqovun onu peşəkar dərəcədə müdafiə edəcəyinə ümidləri yaranaraq işgəncəyə məruz qalması barədə faktiki olaraq doğru olan ifadə verib.

Prokurorluğun qərarından belə çıxır ki, onlar Bakı İstintaq Təcridxanasında bütün otaqları dinləyirlər və faktiki olaraq konfedensial olmalı olan görüşün lent yazılarını əldə edirlər və vəkilin məsləhətləri onların xoşuna gəlməyəndə onu işdən kənarlaşdırırlar və hatta Vəkillər Kollegiyasına şikayətlə müraciət edirlər. Bu yolla da ölkədə kazarma vəkilliyinin formalaşmasını təmin edirlər”.
Xatırladaq ki, son 9 ayda Vəkillər Kollegiyası vəkillər – Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərlərinin səlahiyyətlərini dayandırıb.

Bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Əlaif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları Kollegiyadan xaric ediliblər. Vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillərə qarşı ittihamlarla DİN, Ədliyyə Nazirliyi və Baş Prokurorluq orqanları çıxış ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button