2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: Faiq Əmirliyə qarşı yeni ittihamlar da absurddur

“Bu cür ittihamlar niyyətə görə verilə bilməz”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 2-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə yekun ittihamlar elan olunub.
Prosesdə Faiq Əmirli də iştirak edib.

Vəkil Aqil Layıcov azadliq.org-a bildirib ki, bir müddət əvvəl Faiq Əmirliyə qarşı irəli sürülmüş vəzifədən sui-istifadə (CM-nin 308-ci maddəsi – red.) ittihamına xitam verilib. Yekun olaraq, onun üzərində CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham saxlanılıb.

Vəkil deyib ki, Faiq Əmirli “Azadlıq” qəzetinin nəşr olunan nüsxələrinin sayını və gəlirini az göstərməklə vergidən yayınmaqda, həmçinin Fethullah Gülən ideyalarının təbliğinə xidmət edən materialların mediada, o cümlədən “Azadlıq” qəzetində və saytında yaymaq niyyətində suçlanır. Faiq Əmirli “Hizmet hərəkatının imamı” kimi təqdim olunub.

“Əvvəla, bu cür ittihamlar niyyətə görə verilə bilməz. Kim hardan bilə bilərdi ki, Faiq Əmirlinin hansı niyyəti olub? Guya, Faiq onun idarə etdiyi maşından tapıldığı iddia olunan disklərdəki materialları saytda yaymaq niyyətində olub. Sadəcə, sözdür, heç bir sübut yoxdur. İkincisi, Faiq Əmirli “azadliq.info” saytının faktiki idarəçisi kimi təqdim olunub ki, bu da tamamilə əsassız iddiadır. Ümumiyyətlə, Faiq Əmirliyə ittihamlar tamamilə absurddur”, – vəkil Aqil Layıcov belə deyir.

Aqil Layıcov bildirib ki, Faiq Əmirlinin üzərində ağır cinayət hesab olunan yalnız CM-nin 308.2.2 maddəsi idi ki, o da götürüldü. Qalan iki maddə isə az ağır cinayətlər kateqoriyasına aiddir.

F.Əmirli 2016-cı ilin avqustun 20-də saxlanılıb. Əvvəlcə CM-nin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunan F.Əmirliyə qarşı aprelin 17-də Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308-ci maddələri (vəzifə səlahiyyətindən sui-istifadə) irəli sürülüb.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır.

Onun həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button