2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: 'Fikrətə şər atıblar'


Həbsdə olan jurnalist, “Jam.az” saytının (Jurnalist Araşdırmaları Mərkəzi) rəhbəri Fikrət İbişbəylinin vəkili Elçin Sadıqov deyir ki, o, təqsirsizdir. Vəkil bunu iyunun 9-da jurnalistin məhkəməsində müdafiə çıxışında söyləyib.

Ötən məhkəmədə prokuror Fikrət Fərəməzoğluna verilən hədə-qorxu ilə tələb etmə ittihamının məhkəmədə sübuta yetirildiyini bildirərək, onun 8 il azadlıqdan məhrum edilməsini təklif etmişdi. Vəkil isə deyir ki, əksinə, nə istintaqda, nə də məhkəmədə jurnalistə qarşı ciddi sübut ortaya qoyulub.

Vəkil məhkəmənin ədalətsiz keçirildiyini, müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmadığını bildirib: “Məhkəmə istintaqı zamanı Fikrət İbişbəylinin təqsirkar olduğunu təsdiqləyən heç bir sübut ortaya qoyulmadı. Zərərçəkənlərin də şikayətlərindən görünür ki, onların əməlləri haqda yazılar yazdığına görə Fikrətə qarşı qərəzlidilər, onu şərləyirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını deyən vəkilin sözlərinə görə, məhkəmədə də onun müdafiə hüququ pozuldu: “Məhkəmə Fikrət İbişbəylini onun əleyhinə ifadə, özünə də işgəncə vermiş adamı dindirmək hüququndan məhrum etdi”.

Elçin Sadıqov çıxışının sonunda Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasından Fikrət Fərəməzoğlu haqqında bəraət hökmü çıxarılmasını istəyib.

İyunun 14-də keçiriləcək növbəti məhkəmə iclasında Fikrət Fərəməzoğlu son sözünü deyəcək.

XATIRLATMA

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. O, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin göstərişi ilə həbs olunduğunu iddia edir.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. O, həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button