2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Vəkil: “Gözəl Bayramlı təcili müalicə almalıdır”

İyunun 21-də vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb. Bu barədə o, feysbuk səhifəsində məlumat paylaşıb.

Vəkil qeyd edir ki, Gözəl Bayramlı ona səhhətində ciddi problemlər yarandığını deyib: “O çənə oynaqlarında çürümə diaqnozu ilə müalicə olunurdu. Müalicə alması şərtdir. Digər xəstəliklərdən də əziyyət çəkir və qanında da xeyli neqativ hallar aşkarlanıb. Buna baxmayarq ona hələki ciddi tibbi yardım göstərilməyib. Bu gün müraciətimizdən sonra həkim müayinəsindən keçiriləcəyi bildirildi”.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil hesab edir ki, xüsusilə də kamerada hərəkətsiz qalmağa məcbur olması G.Bayramlının səhhətində ciddi problemlər yaradıb.

“Bununla yanaşı ruhi baxımdan möhkəmdir. Amma, çənə oynaqlarındakı ağrılardan, baş ağrısından, ağır revmatizmdən əziyyət çəkir”, – deyə vəkil qeyd edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button