2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəkil həbsxana rəhbəriyini məhkəməyə verdi

Ayaqqabımın içinə qədər yoxlayırlar, mənim vəkil kimi hüquqlarım pozulur, konfidensial ünsiyyətimə müdaxilə olunur”

Vəkil Fariz Namazlı Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib. Buna səbəb vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün bu həbsxanaya gedərkən və oradan çıxarkən həm özünün, həm də əlindəki sənədlərin xüsusi yoxlanması, bəzi hallarda rəhbərliyin sənədləri müsadirə etməsidir.

Vəkil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia ərizəsində yazıb ki, özünün üst-başı, ayaqqabısının içinə qədər yoxlanılır. Həmçinin bütün sənədlər həbsxana rəhbərliyinin senzurasından keçirilir. Dəfələrlə bu cür davranışa etiraz etsə də, nəticəsinin olmayıb. Fariz Namazlının sözlərinə görə, onu hətta müvəkkili ilə görüşə buraxmamaqla hədələyirlər:

“Mən hər dəfə müəssisəyə daxil olarkən və müəssisədən çıxarkən ciddi şəkildə yoxlanılmaya məruz qalıram, ayaqqabılarımın içinə qədər üst-başım, eyni zamanda sənədlərim senzuradan keçirilir. Mən dəfələrlə buna etiraz etsəm də, etirazıma məhəl qoyulmur”.

Saytların yığılması Saytlarin yigilmasi

F.Namazlı ötən ilin avqustunda Qobustan həbsxanasında saxlanılan müvəkkili – Nardaran məhbusu Abbas Hüseynovun Avropa Məhkəməsinə şikayətilə əlaqədar yazdığı izahat müsadirə olunandan sonra məhkəməyə müraciət edib. Çünki vəkil görüşdən çıxanda onu bir daha yoxlayıb, izahatı alıblar və qaytarmayıblar.

Vəkil özünün həbsxanadan çıxarkən belə, yoxlanılması, sənədlərinin senzuradan keçirilməsi və götürülməsinin qanunsuz olduğunu vurğulayır. O, bu cür davranışın “Vəkillər və vəkillik fəaliyyəti” haqqında qanuna da zidd olduğunu bildirir: “Mənim vəkil kimi hüquqlarım pozulur, konfidensial ünsiyyətimə müdaxilə olunur. Bu, İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının pozulmasıdır”.

Bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Miminat Hacıbəyovanın icraatında olub. O, iddianın mümkünsüz sayılması barədə qərardad çıxararaq, məsələni araşdırmaqdan imtina edib. Qərardaddan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna deyib ki, vəkilin yoxlanması qanun pozuntusu deyil. Çünki vəkillər arasında da bilərəkdən və ya unutqanlıq səbəbilə həbs yerlərinə qadağan olunmuş əşyaların, o cümlədən mobil telefonların keçirilməsi halları dəfələrlə olub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button