2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: “Hakim mikrofonu bağladı…”

Mayın 8-i Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə Sahil Rzayev və daha 5 şəxsin apellyasiya şikayətinə baxılıb. S.Rzayev və digərləri 2015-ci ildə, Nardaran olaylarından öncə, noyabrın 5-də «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu rayon Polis İdarəsinin qarşısında həbs ediliblər.

Vəkil Elçin Sadıqovun deməsinə görə, apellyasiya şikayəti Sahil Rzayev və digər 5 nəfərlə bağlı ötən ilin avqustun 3-ü Sabunçu rayon Məhkəməsinin çıxartdığı hökmdən verilib.

Saytların yığılması Saytlarin yigilmasi

«Hakim Sahil Rzayevin çıxışını qanunsuz olaraq kəsdi (şüşə qəfəsin mikrofonunu bağladı). Digər təqsirləndirilən şəxslər buna etiraz olaraq məhkəməyə arxasını çevirdi. Hakim sözü dövlət ittihamçısına verdi və daha sonra «müşavirə»dən qayıdaraq apellyasiya şikayətlərinin təmin olunmadığı, hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan etdi».

Vəkil deyir ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini istəyirdilər.

Dövlət qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olaylarından öncə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar.

Sabunçu rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün azadlıqdan məhrum edib. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button