2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vəkil Hüseyn Abdullayevlə görüşüb

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, o, bugün, aprelin 21-də 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hüseyn Abdullayevlə görüşüb.

“Güclə yeriyirdi”

Elçin Sadıqov qeyd edib ki, Hüseyn Abdullayevin səhhəti getdikcə daha da pisləşir:

“Bildirdiyinə görə, daxili orqanlarının qanaxması kəsməyib. Əksinə qanaxma və ağrıların şiddətləndiyini dedi, güclə yeriyirdi. Təzyiqinin 180-dən aşağı düşmədiyini söylədi. Eyni zamanda dərin depressiyadan əziyyət çəkir”.

Vəkil vurğulayıb ki, Hüseyn Abdullayevin təcili ixtisaslaşmış tibbi müayinəyə və müalicəyə ehtiyacı var:

“Qanunvericilik icazə verdiyindən o müayinə və müalicə üçün ən azı Mərkəzi Klinik Xəstəxanasına köçürülməli, öz hesabına müayinə və müalicə hüququndan istifadəsinə şərait yaradılmalıdır”.

“Ümid edirik ki, müraciətimiz müsbət qiymətləndiriləcək”

Elçin Sadıqov deyib ki, məsələ ilə bağlı Penitensiar Xidmətə müraciət olunub:

“Ümid edirik ki, müraciətimiz müsbət qiymətləndiriləcək və Hüseyn Abdullayevin həyat və sağlamlığına olan riskin aradan qaldırılması üçün tədbirlər görüləcəkdir”.

Vəkil qeyd edib ki, dünən, aprelin 20-də Ombudsman Səbinə Əliyeva Hüseyn Abdullayevlə görüşüb və tibbi yardım göstərilməsi üçün əlindən gələni edəcəyini deyib.

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin aprelin 12-dən aclıq aksiyasına başladığı bildirilir.

Onun bununla həbsinə etiraz etdiyi deyilir.

Bütün bu deyilənlərə isə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Almaniyada sığınacaq aldığı bildirilən Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib.

Hələ, 2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Həm də musiqi bəstələyən Abdullayevin 2013-cü ildə “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

Azərbaycan rəsmiləri isə insanlara düşüncə və tənqidlərinə görə, basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

24 saat” “Vəkil Hüseyn Abdullayevlə görüşüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button