2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil məscidlərdə 50 nəfərlik məhdudiyyətdən məhkəməyə şikayət etdi

Vəkil Elmar Süleymanov Bakı İnzibatı Məhkəməsinə müraciət edərək Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyət müəyyən edən qərarından şikayət verib. Onun yaydığı açıqlamada deyilir ki, metropoliten və şəhər avtobuslarında sərnişin sayı daha çox olduğu halda, ictimai nəqliyyatdan istifadə qadağan olunmayıb.

“Belədirsə, nədən məscidlərdə 50 nəfərdən çox vətəndaşın toplaşması pandemiya dövründə təhlükəli sayılır?”, –E.Süleymanov sual edir

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil ərizəsində Nazirlər Kabinetin 26.05.21 tarixli, 151 nömrəli qərarının vətəndaşların Konstitusiyanın 25 və 48-ci maddələrində təsbit olunan din və ibadət azadlıqlarını pozduğunu iddia edir.

Pandemiya dövründə Azərbaycanda məscidlərdə toplaşmaq, kütləvi ibadət qadağan olunmuşdu. Amma son zamanlar yoluxmanın azaldığını əsas gətirən Nazirlər Kabineti yanında Operativ Qərargah məscidlərdə məhdud sayda insanın toplanmasına icazə verib.

24 saat” “Vəkil məscidlərdə 50 nəfərlik məhdudiyyətdən məhkəməyə şikayət etdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button