2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Vəkil Niyaməddin Əhmədovla görüşmək istəyir


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-da karantin qaydalarını pozma ittihamı ilə 1 aylıq inzibati həbs cəzası almışdı. Amma mayın 15-də inzibati həbs müddəti başa çatsa da, o, azadlığa qovuşmadı. AXCP-dən verilən məlumata görə, N Əhmədov indi də Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıb. Partiyadan bildirildiyinə görə, mayın 16-da Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin təqdimatına baxıb və N.Əhmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

 

“Siyasi qisasçılıqdır”-sədr müavini

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, N.Əhmədovun həbsi və ona qarşı irəli sürülən ittiham ilk növbədə siyasi qisasçılıqdır: “Özü də birbaşa 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi aksiyada sona qədər AXCP sədri Əli Kərimli ilə bir yerdə olmasına görə hökumət tərəfindən cəzalandırılır. (Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamışdı. Aksiyada yüzlərcə şəxs saxlandı, onlardan bəzilərinə inzibati həbslər verildi-red). Onun uzun sürən siyasi fəaliyyəti yoxdur, çox sərt siyasi ritorikası da olmayıb, hərbi xidmətdən yeni qayıdıb. Adıçəkilən mitinqdə Ə.Kərimlini sonuna qədər qoruduğuna görə cəza alır”. (Həmin aksiyada saxlanıb, buraxılan Əli Kərimli ona polisin işgəncə verdiyini açıqlamışdı. Rəsmi qurumlar isə bunu təkzib elədi-red).

 

“Hansı islahatdan söhbət gedir?”

S.Həzinin fikrincə, N.Əhmədovun öncə karantin rejimini pozma və polisin qanuni əmrinə tabe olmama ittihamı ilə 1 ay inzibati cəza alması, daha sonra da terroru maliyyələşdirməkdə günahlandırılması belə şübhəyə əsas verir ki, həmin ayda işgəncə nəticəsində bu məsələni onun boynuna qoymaq istəyiblər: “Hökumətin məqsədi inzibati cəza müddətində N.Əhmədovun boynuna bu ittihamı qoymaq, sonra məsələni üzə çıxarmaq olub. Bunun da bir aşkar oyun, qisasçılıq olması üzə çıxır. Pandemiya ilə mübarizə getdiyi, heç bir siyasi aktivliyin olmadığı bir vaxtda vətəndaş belə şərlənib həbs edilirsə, hansı islahatdan söhbət gedə bilər?”.

 

S.Həzinin Əli Kərimlinin mühafizəçisinə (AXCP-dən bildirildiyinə görə, ictimai əsaslarla mühafizəçisi) işgəncə verilməsi ilə bağlı şübhəsinə, hələlik, hüquq-mühafizə orqanlarından və hakim Yeni Azərbaycan Partiyasından münasibət almaq mümkün olmayıb.

Amma AXCP bundan bir qədər əvvəl də N.Əhmədovun işgəncəyə məruz qalması ilə bağlı məlumatlar alındığını açıqlamışdı, onda Daxili İşlər Nazirliyindən bu, təkzib edilmişdi.

Azərbaycanda rəsmilər isə, bir qayda olaraq, insanların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs olunması haqqında deyilənləri qəbul etmirlər.

 

Apellyasiya şikayəti verilir- vəkil

N.Əhmədovun vəkili Zübeydə Sadıqova isə bildirib ki, hələ müdafiə etdiyi şəxs ilə görüşə bilməyib: “Amma həm onun həbsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 2020-ci il mayın 16-da qəbul edilmiş qərarından, həm də irəli sürülən ittihamla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət hazırlanır. Artıq N.Əhmədovla görüşmək üçün lazım olan sənədləri hazır etmişəm, belə görüş mayın 20-də ola bilər”.

Z.Sadıqovanın deməsinə görə, N.Əhmədovla mayın 12-də Binəqədidəki Müvəqqəti Saxlanma Təcridxanasında görüşüb: “Mayın 14-ü ad günü olduğunu, mayın 15-i azadlığa çıxacağını deyirdi, özünü heç nədə təqsirli bilmirdi”.

 

“Əgər faktlar varsa…”

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, əgər işgəncə şikayəti və bunu sübut üçün faktlar varsa, mütləq şəkildə Ombudsmana müraciət etmək lazımdır.

R.Nurullayev əlavə edib ki, bu məsələ ilə bağlı parlamentin İnsan hüquqları komitəsinə də müraciət etmək mümkündür.

Xatırlatma

Aprelin 16-da AXCP üzvü N.Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.

AXCP onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirirdi. Partiyadan onun həbsdə işgəncələrə məruz qalması ilə bağlı məlumatlar aldıqlarını açıqlayıblar. Amma rəsmi qurumlar onun işgəncəyə məruz qalması ilə bağlı iddiaları təsdiqləməyiblər. Rəsmilərin vurğulamasına görə, ölkədə məhkəmələr müstəqildir və heç kim dinc siyasi fəaliyyətinə görə basqılara məruz qalmır.

N.Əhmədovun bir aylıq inzibati həbs müddəti mayın 15-də başa çatsa da, o, sərbəst buraxılmamışdı.

Martın 24-dən koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin rejimidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button