2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Vəkil: Pərviz Abbasov sadəcə qurban oldu…

Koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda ittiham olunan “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun özü həbsdə olsa da, onunla birlikdə təqsirləndirilən dörd işçisi azadlıqda idi. Amma həmin dörd nəfərdən üçü iyulun 28-də – məhkəmənin hazırlıq iclasında həbs olunub.

Pərviz Abbasov və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Pərviz Abbasovun vəkilləri onun ev dustaqlığına buraxılması, yolverilməz sübutların iş materiallarından xaric olunması haqda vəsatətlər qaldırsa da, heç biri təmin edilməyib. Vəkillər deyir ki, klinikanın keçmiş direktoru ilk gündən özünü təqsirli bilməyib, çünki o, rüşvət və korrupsiyadan uzaq biridir, xarici ölkələrdə tibb sahəsində kifayət qədər təcrübə və nüfuza sahibdir.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkili vurğulayıb ki, Pərviz Abbasovun həbsinin ertəsi gün prokurorluğun yaydığı videogörüntülərdə nümayiş etdirilən pulun rüşvətlə heç bir əlaqəsi yoxdur. Həmin vəsaitin heç mənbəyi araşdırılmayıb: “O vəsaitin mənbəyi müəyyənləşdirilmədən Pərviz Abbasovu korrupsiya nəticəsində ifşa olunmuş şəxs kimi təqdim etmək məqsədilə rüşvət kimi təqdim olunub. Halbuki, o vəsait Pərviz Abbasovun öz maaşı, klinikanın xərcləri üçün nəzərdə tutulan vəsait olub. Dəftərçələr nümayiş etdirilib, guya rüşvət alınan adamların adlarıdır. Bəs niyə o dəftərlərdə adları olan adamların birini də çağırıb dindirməyiblər? Bunların ittihama nə aidiyyəti vardı ki, göstərirdilər? Nəzərə almırdılar ki, Pərviz Abbasovun tələbələri, xəstələri var. Himayəsində iki azyaşlı övladı var…”

Vəkil əlavə edib ki, Pərviz Abbasovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyulun 21-də başa çatıb və uzadılması haqda da qərar yoxdur. O, istintaqın başa çatdığını, müvəkkilinin sübutları saxtalaşdırmaq, şahidlərə təsir göstərmək imkanının olmadığını vurğulayaraq, onun ev dustaqlığına buraxılmasını istəyib: “44 günlük müharibə dövründə Pərviz Abbasov fəaliyyətinə görə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub. Xahiş edirəm, bütün bunları nəzərə alın. O, rüşvət və korrupsiyadan uzaq bir adamdır. Sadəcə, qurban oldu…”

“Yeni Klinika”nın keçmiş direktoru da eyni xahişlə məhkəməyə müraciət edib: İctimai rəyi və fəaliyyətimi nəzərə alaraq, ev şəraitindən məhkəməyə gedib-gəlməyimə imkan yaradasınız.

Vəkillərin daha bir istəyi isə üzləşdirmə və başqa protokolların sübutlar siyahısından çıxarılması idi ki, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası buna da “yox” deyib.

Hakimlər qayıdıb, vəsatətlərin təmin olunmaması haqda qərarı elan edəndən sonra o da məlum olub ki, azadlıqda olan dörd nəfər təqsirləndirilən şəxsdən üçü – Qalib Nəcəfov, Əvəz Hüseynov və Samir Mirzəyev haqqında polis nəzarətinə vermə qətimkan tədbiri ləğv olunur. Onlar haqqında da həbs qətimkan tədbiri seçilib və üçü də məhkəmə zalında həbs edilib. Yalnız Vüsalə Əliyeva barəsində polis nəzarətinə vermə qətimkan tədbiri məhkəmə dövrü üçün də qüvvədə saxlanılıb.

Cinayət işinin materiallarında iddia olunur ki, “Yeni Klinika”da hər bir koronaviruslu xəstənin yerləşdirilməsi üçün onların yaxınlarından 3000-5000 manat rüşvət alınıb.

Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib.


24 saat” “Vəkil: Pərviz Abbasov sadəcə qurban oldu…” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button